30
May 2019-cu il, Ulduz falı. Dəyişikliklərin məzmununu anlamağa
çalışın
Qoç - Yaşananların məzmununu anlamağa çalışın. Onsuz da gərgin olan
əlaqələri ağırlaşdırmayın. Yeni ideyaları reallaşdırmağa
tələsməyin. Olaylarda yeni mərhələ, dönüş anı yaxınlaşır. Malik
olduqlarınızı araşdırın, təhlil edin.
Günün ikinci yarısında mövqeləriniz əvvəlki günlərlə müqayisədə
səbatlı deyil. Sınaqlardan keçməlisiniz. İmtinalar eşidəcəksiniz.
Baş verməsi çətin, müşkül saydığınız hadisə yaşanacaq.
Karyeranızda irəliləməyə çalışın, çünki belə davranış şəxsi
münasibətlərinizə də təsir edəcək.
Axşam saatlarını yaxınlarınızla keçirin.
Buğa - Daxili gərginliyin əsirinə çevrilərək gah bu, gah da başqa
işi görməyin. Fəaliyyət arealında qayda yaradın. Başladığınız
işləri yarımçıq qoymayın, məntiqi nəticə hasil olanadək dayanmayın.
Diqqəti aktual məsələnin həllinə yönəldin.
Günün ikinci yarısında situasiyanın heç bir səbəb, motivasiya
olmadan dəyişəcəyinə hazırlaşın. İşdə rəhbərlik və həmkarlarla
kəskin mübahisələrə başlamayın. Çətin situasiyalardan çıxış yolunun
birgə axtarışında lider olmağa çalışmayın.
Müstəqil fəaliyyət indiki zamanda daha effektiv ola bilər.
Problemlərin həllini ertələməyin.
Axşam saatlarında gəzintiyə çıxın.
Əkizlər - Hiperaktivlik etməyin, məzmununa bələd olmadığınız işlə
bağlı təşəbbüsə qapılmayın. Məlumatlar toplayın, müşahidə edin,
deyilənlərə qulaq asın. Müzakirələr və toplantılar üçün yaxşı
zamandır.
Hansısa insana qəfil marağınız yarana bilər. Yeni layihə seçin.
Günün ikinci yarısında həmfikir olduğunuz insanla təmasları
gücləndirin.
Fəal olun, maraqlarınızın təminatına can atın. Axşam saatlarında ev
işlərinin görülməsi və məişət qayğılarının çözülməsi sizi gün
ərzində yığılmış stressdən qurtarar.
Xərçəng - Maliyyə məsələlərində təşəbbüsləriniz uğurlu ola bilər.
Yeni işlərdə məhdudiyyətlər yaranacq. Təxirə salınmış, yaxud
unudulmuş məsələlərdən biri yenidən gündəmə gələcək. İtirdiyiniz
əşyanı tapmaq, can atdığınız məlumatı almaq şanslarınız var.
Amma həddən artıq maraq göstərdiyiniz sahədə itkilər, gecikmələr,
tərəfdaşların səhlənkarlığı və unutqanlığı istisna deyil.
Günün ikinci yarısında yaxınlarınızla, ailə üzvlərinizlə
münasibətlərdə mənasız, yersiz gərginlik yaratmayın. Münaqişəyə
səbəbkar olmayın.
Axşam saatlarını sakit və rahat ortamda keçirin.
Şir - Sizin vaxtınızdır. Önəmli saydığınız məqsədə çatmaq üçün
seçdiyiniz istiqamətdə qətiyyətlə, sürətlə irəliləyin. Situasiyanı
planınıza uyğunlaşdırmaq üçün vacib addımları atın.
Bütün yükü öz üzərinizə götürməyin. Belə davranış rasional
deyil.
Günün ikinci yarısında münasibətləri dramatikləşdirməyin. Əks
təqdirdə hadisələrə nəzarət rıçaqlarını əldən verəcəksiniz.
Yaxınlarınızdan biri ilə kəskin diskussiya, hətta münaqişə istisna
deyil. Tərəfdaşlar və şəriklərlə ünsiyyətdə yalan danışmayın.
Daxili balansa nail olun.
Qız - Sağlam həyat tərzini seçin. Xarici görkəminizdə və
ümumiyyətlə, yaşamınızda nəyi dəyişəcəyinizə qərar verin. Aktiv
olun, intensiv fəaliyyət göstərin. Ötənlərdə özünü dəfələrlə
doğrultmuş metodları seçin.
Günün ikinci yarısında yazışmalarda və hesabatlarda sərvaxt olun.
Məsləhətlərə qulaq asın. Təcrübə mübadiləsində xeyir var.
Yaxınlarınızdan biri yardım gözləyir. Planlarınızı pozmamaq şərtilə
həmin adama kömək edin. Az sonra başlanacaq hadisələrin heç
olmazsa, bəzilərini təxminləməyə can atın.
Tərəzi - Qarışıq, mürəkkəb zamandır. Sizdən əlahiddə səbr və təmkin
tələb olunur. Sizi münaqişəyə cəlb etməyə çalışacaqlar. Oyun
qaydaları, qarşılıqlı münasibətlərin sxemləri dəyişir.
Maraqlarınızı mütləq təmin etməyə çalışın.
Günün ikinci yarısında söhbətlərdə və təmaslarda nəyisə tələb
etməyin, inadkar insan təsiri bağışlamayın. Gələcəyə baxın, bu
günlə yaşamayın. Yaradıcı potensialınızı tam nümayiş etdirə
biləcəyiniz işlə məşğul olun.
Axşam saatlarında soyuqdəymə və ya zökəm riski var.
Əqrəb - Mürəkkəb əlaqələr hərəkətə gələrək yeni imkanlar yaradacaq.
Şanslardan yararlanın. Əlavə seçim imkanı formalaşır. Bir neçə
variantı nəzərdən keçirin. Perspektivi ola biləcək mövzu
çərçivəsində fəaliyyət daha effektivdir.
Günün ikinci yarısında situasiyaya təsir edərək nöqsanları aradan
qaldırın.
Ötənlərdə baş vermiş hadisənin əks-sədasını dəqiq qiymətləndirin.
Daxili gərginlikdən qurtulun, laübəli vəziyyətdə zəruri konkretliyə
nail olun. Suallara cavab arayın.
Şəxsi münasibətlərdə qarşılıqlı iradlar, incikliklər istisna deyil.
Güzəşt çətin olsa da, labüddür.
Oxatan - Yanınızdakı insanların davranışlarında və sözlərindəki
dəyişikliklərə fikir verin. Yaşananların məzmununu anlamağa
çalışın.
Məramlarınızı sürətlə dəyişməyin, yaxşı tanımadığınız insanlara
sirr verməyin. Diqqətinizi önəmli saydığınız məsələyə yönəldin. Bir
işlə məşğul olun.
Gərginlik və narazılıq çox asanlıqla münaqişəyə çevrilə bilər.
Emosiyalarınıza nəzarət edin.
Günün ikinci yarısında səhhətinizə fikir verin. Stress və əsəblərin
tarıma çəkilməsi ürək-damar sistemində problemlər yarada bilər.
Yaradıcılıq imkanlarınızı stimullaşdırın. Yaxşı xəbər ala
bilərsiniz. Axşam saatlarında normal istirahət edin.
Oğlaq - Maraqlandığınız işlə məşğul olun. Həmkarlara, tərəfdaşlara,
şəriklərə təzyiq göstərməyin. Gözlədiyiniz önəmli görüş və ya
söhbət baş tutacaq. Maraqlarla məqsədləri razılaşdırsanız, işlərdə
daha ciddi irəliləyişlərə nail ola bilərsiniz.
Günün ikinci yarısında rəqabət situasiyası güclənəcək.
Mövqelərinizi möhkəmləndirə biləcək informasiyanı arayın.
Zəifliklərinizin köləsi olmayın. Gərəksiz münasibətlərdən, önəmini
itirmiş əlaqələrdən və qeyri-aktual təmaslardan qurtulun.
Ətrafınızdakı vurnuxma güclənəcək.
Dolça - Seçim zamanıdır. Mövqelərinizi möhkəmləndirin, yaxın
ətrafınızdakı insanların sizə təzyiq məqsədilə reallaşdırdıqları
manipulyasiyaların qarşısını alın. Eyni vaxtda bir neçə işlə məşğul
olmayın. İzafi tələskənlik problemlər yarada bilər.
Çalışdığınız kollektivdə günün ikinci yarısında yeni prioritetləri
və məqsədləri bəlirləmək olar. Ambisiyalarınız ifrat olmasın.
Aramla fəaliyyət göstərin.
Axşam saatlarına yaxın mühüm görüş, önəmli xəbər istisna deyil.
Standart həllər zamanı deyil. Bir qədər orijinallıq edin.
Dəyişikliklərin məzmununu anlamağa çalışın.
Balıqlar - Əvvəlcədən hazırladığınız plan üzrə fəaliyyətinizi davam
etdirin. Ştrix və detalları hazırlayın, işlərin gedişatına ciddi
fikir verin. Münasibətlərdə problemlər yaratmayın. Fiziki işdə
xeyir var. Aktiv, mütəhərrik, çevik olun. Tapşırıqları vaxtında
yerinə yetirin. Yardım istəməyin.