03
İyun 2019-cu il, Ulduz falı. Sərt danışmayın, əsəblərinizi
qoruyun
Qoç - təcili işləri daha yaxşı hesab etdiyiniz zamanadək
ertələməyin. Başladığınız işi yanlışlıqlarsız, səhvsiz yerinə
yetirməyə çalışın. Vaxtınıza qənaət edin. Yaşama daha pozitiv
baxın. Çətin vaxt olsa da, situasiyadan itkilərsiz çıxa
bilərsiniz.
Günün ikinci yarısında məişət problemlərinin həllinə başlayanda
durumu qiymətləndirin. Hisslərinizə hakim ola bilməsəniz, ciddi
qarşıdurmanın iştirakçısına çevriləcəksiniz. Özünüzü qoruyun.
Buğa - yaradıcılıq ideyalarınız bol olacaq. Prosesin maraqlı olması
üçün fəaliyyətinizi məntiqli təşkil edin. Aldığınız məlumatları
qaydaya salın, gərəksiz informasiyalara ciddi önəm verməyin.
Prioritetləri müəyyənləşdirin.
Günün ikinci yarısı yarımçıq işlərin başa çatdırılması, habelə
pəhriz, diaqnostika, fiziki prosedurlar üçün əlverişlidir. Təmir və
ya hobbiniz üçün gərəkli materialları ala bilərsiniz. Ailə
üzvlərinizin qayğı ilə diqqətə ehtiyacı var. Az danışın, çox
işləyin. Sizə faydalı nə isə deyə biləcək insanlarla ünsiyyətdə
olun.
Şəxsi münasibətlərdə diqqətli olun. Sevdiyiniz insana kömək
edin.
Əkizlər - yaranmış problemləri ən müxtəlif instansiyalarda həll
etməyə çalışın. İşdə həmkarlarla və ya işgüzar tərəfdaşlarla
müzakirələr üçün əlverişli zamandır. Hər şeyi təmkinlə, sakit
şəkildə həll etmək olar. Hisslərlə emosiyalar arxa plana
keçməlidir.
Günün ikinci yarısında maddi maraqlarınızın təminatı üçün gərəkli
saydığınız bütün addımları atın.
Yaşam məkanında və fəaliyyət arealında düzəni pozmayın.
Təfərrüatlara, habelə tərtibata fikir verin. Axşam saatlarında
normal istirahət edin.
Xərçəng - yaradıcı potensialınızdan maksimum istifadə edin. Görüşü,
diskussiyanı, müzakirələri təxirə salmayın. Energetik səviyyəniz
yüksəkdir. Təmaslardan yeni layihəniz üçün yararlanın. Anlaşmanı
pozmayın, vədlərə riayət edin.
Günün ikinci yarısında əlaqələrdə fərdi maraqları ön plana
çıxararaq ümumi mənafeni qulaqardına vurmayın. Əmlak məsələsi
bilavasitə iştirakınızı tələb edir. Yaxınlarınızın dediklərinə
qulaq asın. Sistemləşdirmə daxili tarazlığa və stabilliyə nail
olmağa imkan verəcək.
Şir - günün ilk yarısından etibarən maddi məsələlərin həllinə
başlayın. Situasiyanın yaratdığı süni məhdudiyyətlərin qarşısında
geri çəkilməyin. Planlarınızı reallaşdırın, istəklərinizi
unutmayın.
Çılğın arzuların əsirinə çevrilməyin.
Günün ikinci yarısında əlaqələrin genişləndirilməsinə, yaxın
ətrafınızdakı insanlara təsir imkanlarınızın artırılmasına zərurət
duyulur. Çətindir, amma başlayın. Yaxınlarınız sizə dəstək
olacaqlar. Məsuliyyətiniz artacaq.
Mürəkkəb intellektual fəaliyyətə hazır olun.
Axşam saatlarında fiziki təmrinlərdə xeyir var.
Qız - istənilən, hətta ən kiçik hadisələri təhlil etməklə vaxtınızı
hədər keçirməyin. Sürətli seçim edin və dərhal işə başlayın. Ev
işlərini görmək, məişət qayğılarını çözmək üçün yaxşı zamandır.
Yeni ideyaya maraq yarana bilər.
Günün ikinci yarısında fikirlərinizi etibar etdiyiniz insanlarla
bölüşə bilərsiniz.
Kollektiv fəaliyyətə üstünlük verin. Sevdiyiniz insanla
münasibətlərdə ən kiçik məqamın önəmi var. Laqeydlik və donuqluq
əhvalınızı poza bilər.
Tərəzi - günün ilk yarısı neytral zamandır. Cari işlər, rutin
qayğılar diqqət və sərvaxtlıq tələb edir. Münasibətlərdəki xaosu
aradan qaldırın, nizamsızlığın səbəblərini tapın.
Başladığınız işi keyfiyyətlə görün. Xırdalıqlardan bəhrələnin,
məlumatları sistemləşdirin.
Günün ikinci yarısında işdə rəhbərliklə danışmaq və ya yeni iş yeri
axtarışlarına başlamaq olar. Amma önəmli, yekun qərarlar qəbul
etməyin. Fikirləşmək, düşünüb-daşınmaq üçün xeyli vaxtınız var.
Axşam saatlarını ailə üzvləri ilə birlikdə keçirin.
Pəhrizə başlamaq üçün münasib zamandır.
Əqrəb - yaşamın yaratdığı problemlər nə qədər ağır olsa,
fəaliyyətiniz bir o qədər maraqlı təsir bağışlayacaq. Kreativ olun,
amma başqasının əvəzinə çalışmayın. Özünüzü çox yormayın.
Bir qədər nəfəs alın, dincəlin və sonradan yenə sürətlə çalışmağa
başlayın.
Günün ikinci yarısı dostlarla ünsiyyət, görüş, səfər, yaradıcılıq
üçün yaxsıdır. Xərcləriniz irrasional təsir bağışlamamalıdır.
Şəxsi münasibətlərdə qayğıkeş olun. Sevdiyiniz insanı sevindirin.
Ona hədiyyə verə bilərsiniz.
Oxatan - günün ilk yarısı ağır zamandır. Təcili həll tələb edən
məsələlərin sayı artacaq. Başqalarının işini görməyin. Gərəkli
olanı görün, əlavə vədlər verməyin. Ağır və mürəkkəb iş yaşam
situasiyası ilə bağlı nigaranlıqdan qurtulmağa imkan verəcək.
Yaxınlarınızla münaqişə etməyin.
Günün ikinci yarısında işlə məşğul olun, boş söhbətlərin statik
iştirakçısına çevrilməyin. Axtarışlarınız gözlənilən nəticəni
verəcək. Uzun müddətdən bəri sizi gərgin vəziyyətdə saxlayan
problemi həll etməyə can atın.
Axşam saatlarında sakit istirahəti seçin.
Oğlaq - günün ilk yarısında baş verəcək dəyişikliklərdən və
formalaşan situasiyalardan yararlanaraq fəaliyyət istiqamətinizi
dəyişə bilərsiniz. İş qrafikinə və planlara yenidən baxın.
Qətiyyətli, iradəli, əzmli hərəkətlərdə xeyir var.
Günün ikinci yarısında ikinci dərəcəli məsələləri bir kənara
qoyaraq önəmli problemin həlli ilə məşğul olun. Yaxın ətrafınızdakı
insanlara çox aludə olmayın, öz maraqlarınızı təmin edin.
Axşam saatlarını maraqlı insanla keçirin.
Dolça - sərt danışmayın, əsəblərinizi qoruyun. Konkret məsələ ilə
bağlı mövqeyinizi yaxın ətrafınızdakı insanlara bildirəndə
ehtiyatlı olun. Peşəkar fəaliyyət prosesini yaxşılaşdırmağa
çalışın. Unutmayın ki, münasibətləri korlamaq çox asandır.
Günün ikinci yarısında əlavə xərclər istisna deyil.
Ev işləri və məişət qayğıları adi günlərdən fərqli olaraq daha çox
vaxt tələb edir. Ailə üzvlərinin problemlərinin həllində astagəllik
etməyin. Axşam saatları romantik anlar vəd edir.
Balıqlar - təmkinli olun, təxribatlara uymayın. Düşünülməmiş
qərarlar xoşagəlməz vəziyyət yaradacaq. Başqasının badına getməyin.
Aktiv fəaliyyətə can atsanız belə, cari işləri unutmayın. "Qlobal"
sözünü unudun, ilk baxışdan xırda və mənasız təsir bağışlayan
məqamların arxasındakı mənanı anlamağa çalışın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə anlayışla bağlı problem
yaranacaq. Qarşı tərəfin tam fərqli mövqe tutduğu məsələ ilə bağlı
müzakirələrə başlamayın.