“SOCAR Georgia Gas” şirkətindən verilən məlumata görə, baş vermiş
qəzanın nəticələrinin aradan qaldırılması üçün aparılan təmir
işləri ilə əlaqədar olaraq təbii qazın verilməsi dayandırılacaq.
Qışın gəlişi ilə birlikdə evlərdə qazın istehlakı artıb. Ailələrin
əksəriyyəti qış dövründə evlərini məhz təbii qazla isidir və buna
görə də bəzi hallarda qazın təzyiqi azalır.
Gürcüstan İqtisadiyyat naziri Qiorqi
Kobulianın dediyinə görə, Gürcüstana qaz yalnız Azərbaycandan idxal
olunmamalıdır və ölkə Rusiyadan da “bir az” qaz
almalıdır.