Qoç
- yaradıcılıq üçün yaxşı zamandır. Refleksiya, hisslərə qapılmaq
pis nəticələr verə bilər. Sizə təsir etmək istəyən insanın
sözlərinə uymayın, vədlərinə aldanmayın. Ən müxtəlif, hətta
gözlənilməz mənbələrdən informasiya əldə edə bilərsiniz. Günün
ikinci yarısında ailədəki durum yaxınlarınızın əhvalından, onların
emosional durumlarından asılıdır. Sərt sözə aqressiya ilə cavab
vermək optimal davranış deyil. Vacib işə yetərincə diqqət
ayırmamağınız qıcıqlanmaya səbəb ola bilər.
Qoç
- Günün ilk yarısından aktiv, enerjili olun. Qarşınıza çıxan bütün
maneələri dəf edə bilərsiniz. Mövqeyinizi və istəklərinizi təmasda
olduğunuz insanlara çatdırmaq üçün mürəkkəb sxemlər hazırlamayın.
İşdə həmkarlar, rəhbərliklə münasibətləri korlamayın. İşgüzar
tərəfdaşla yeni layihəyə başlaya bilərsiniz.
Qoç
- Hisslərinizə nəzarət edin, emosiyalarınızı kontrolda saxlayın.
Təmkinli və səbrli olsanız, sonradan ağır fəsadlar yaradacaq
səhvlərə yol verməyəcəksiniz. Tək qalmaq istəsəniz belə,
guşənişinliyə qapılmayın. İstirahət və ya əyləncə istəyini təxirə
salın. Günün ikinci yarısında praqmat olun. Bədxərclik etməyin.
Tanışlar və dostlarla təmaslarda müəyyən sərinlik yarana bilər.
Romantik macəra arayırsınızsa, insanların gur olduqları yerlərə
yollanmayın.
Qoç
- münasibətləri aydınlaşdırmaq üçün düşərli zaman deyil.
Karyeranız, işiniz və ya kommersiya fəaliyyətinizin hansısa formada
asılı olduğu insanlarla ehtiyatlı davranın. Elektron hesablaşmada,
yazışmada ehtiyatlı olun. Səhvlərə yol verməyin.
Qoç
- İstənilən çətinliyin, hətta ən mürəkkəb problemin öhdəsindən gələ
bilərsiniz. Sizi və yaxınlarınızı çoxdan bəri narahat edən suala
cavab tapmaq ehtimalı az deyil. İntellektual potensialızın
səviyyəsi yüksəkdir. Əla ideyalardan birini reallaşdırın. Ünsiyyət,
yeni müttəfiqlərin axtarışı üçün əlverişli zamandır.
Qoç
- daşınmaz əmlak, ailə büdcəsi ilə bağlı məsələləri həll edin.
Aktiv olun. Kimsədən yardım gözləməyin. Karyera müstəvisində
irəliləyiş ola bilər. Planlarınızı tədricən həyata keçirin.
Dediyiniz sözlərə fikir verin.
Qoç
- ehtiyatlı və sayıq olun. Mühüm, maraqlı, əhəmiyyətli hadisələr
baş verə bilər. Heç nəyi diqqətdən qaçırmayın. Gördüklərinizi
təhlil edin. Faktları normal müqayisə edə bilsəniz, bədxahlarınızı
geridə qoymağınıza imkan verəcək addımlar ata bilərsiniz.
Günün ikinci yarısında səhv etmək çox asandır. Şəxsi münasibətlərdə
ciddi problemlər yarana bilər.
Qoç
- İstənilən çətinliyin, hətta ən mürəkkəb problemin öhdəsindən gələ
bilərsiniz. Sizi və yaxınlarınızı çoxdan bəri narahat edən suala
cavab tapmaq ehtimalı az deyil. İntellektual potensialızın
səviyyəsi yüksəkdir. Əla ideyalardan birini reallaşdırın. Ünsiyyət,
yeni müttəfiqlərin axtarışı üçün əlverişli zamandır.
Qoç
- Maraq dairənizdə olan işə nə qədər tez başlasanız, bir o qədər
yaxşı nəticələrə nail ola bilərsiniz. Qətiyyətli və əzmkar olun.
Yaxın ətrafınızdakı insanlar uğurlarınızı görəcəklər. Yeni müttəfiq
və ya tərəfdaş qazana bilərsiniz. Qohumlarla çoxdankı
anlaşılmazlıqlardan birinə son qoymaq, sevdiyiniz insanla
münasibətlərdəki sərinliyi aradan qaldırmaq imkanları
var.
Qoç
- İşə ciddi yanaşın. Qeyri-ciddilik, hərdəmxəyallıq problemlər
yarada bilər. Peşəkar fəaliyyət müstəvisində irəliləyişə nail olmaq
istəyirsinizsə, rəhbərliyin möveqlərinə zidd addımlar atmayın. Bu
minvalla müşkül situasiyalar yaratmayın. Kritik məqamlarda məntiqli
davranın. Belədə sizə səhvlərinizi bağışlayarlar.
Buğa
- Müsbət təmayüllərin təsir gücü artır. Nəzərdə tutduğunuz ideya və
ya planı uğurla reallaşdıra bilərsiniz. Gələcəklə bağlı planlar
qurmaq olar. Onları tez bir zamanda həyata keçirməyə çalışın. Şəxsi
münasibətlərdə təşəbbüs zamanıdır.
Əkizlər - Sizə maraqlı təsir bağışlamayan işlərə çox vaxt sərf
etməli olacaqsınız. Əfsuslar olsun ki, bu işləri nə başqasına
həvalə etmək, nə də təxirə salmaq mümkün deyil. Sizə əziz olan
insanlarla münasibətlərdə problemlər yarana bilər. Səylərinizə
rəğmən, ixtilafın qarşısını almaq asan deyil.
Xərçəng - Kiçik çətinliklər yaranacaq, amma onları uğurla dəf
edəcəksiniz. Dostlar və etibarlı, sınanmış müttəfiqlər sizə yardım
edəcəklər. Anlaşma, uzunmüddətli əməkdaşlıqla bağlı sözləşmə üçün
əlverişli zamandır. Yeni tanışlıqlara laqeyd yanaşmayın. Az sonra
onlardan biri faydalı ola bilər.
Şir - Maraqlı gündür. Fəal olun, süstlüyə qapılmayın. Gündəlik,
rutin işlərə yaradıcı yanaşma gərəkli nəticəyə nail olmaqla yanaşı,
yeniliyi əxz etməyə imkan verəcək. Yeni müttəfiqlər tapa bilrsiniz.
İntuisiyanız itidir. Onun siqnallarına qulaq assanız, hətta ən
çətin vəziyyətdə də kobud səhvlərə yol verməyəcəksiniz.
Qız - Enerjili, aktiv olun. İntizamlı davranın. Soyuqqanlı və
təmkinli hərəkətlər bu gün əsas üstünlüyünüz ola bilər. Əvvəlki
günlərlə müqayisədə daha çox işləməli olsanız da, yorğunluqdan
şikayətlənməyin. Yeni ideyalar və cəsarətli təşəbbüsləri
dəstəkləyin. Qeyri-standart qərarlar qəbul etməyi bacaran insanla
qarşılaşacaqsınız.
Tərəzi - Gün çətin, mürəkkəbdir. Emosiyalarınıza hakim olun. Ən
əlverişsiz, gərgin anlarda hisslərinizin nəzarətdən çıxmasına imkan
verməyin. Önəm verdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat
yaratmaq cəhdləriniz uğursuzluğa düçar ola bilər. Bacarıq və
biliklərinizi görmək istəmir, çatışmazlıqlarınızı isə həddən ziyadə
şişirdirlər.
Əqrəb - İşgüzar danışıqlar və şəxsi səciyyəli görüşlər yaxşı
keçəcək. İndiyədək dil tapa bilmədiyiniz insanlarla anlaşa
biləcəksiniz. Mürəkkəb və genişmiqyaslı peşəkar layihələrə başlamaq
olar. Kommersiya fəaliyyəti gəlir verəcək. Gəlir təxminlədiyinizdən
də artıq ola bilər.
Oxatan - Gərgin və məhsuldar fəaliyyət günüdür. Bu işin
nəticələrini dərhal görməyəcəksiniz. Səbirli olun. Hadisələri
sürətləndirmək, süni təkanlardan yararlanmaq cəhdləri yaxşı heç nə
vəd etmir. Yeni işgüzar münasibətlər yaratmaq, işdəki münaqişəni
çözmək və nizamlamaq üçün əlverişli zamandır.
Oğlaq - Bu gün qəbul edəcəyiniz qərarları həyata keçirin. Onlar
yaşamınızda müsbət dəyişikliklərə səbəb ola bilər. Önəm verdiyiniz
insanlarla ünsiyyət üçün yaxşı gündür. Müttəfiqlə yanaşı, nüfuzlu
hami arayın. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş şansları
yaranır. Daha maraqlı, maaşı yüksək olan iş tapa bilərsiniz.
Dolça - Çətin, qarışıq və mürəkkəb gündür. İşdə problemlər
yaranacaq. Şəxsi münasibətlərdə də rəvanlıq və sakitlik müşahidə
olunmur. Ən pisi odur ki, niyyət və planlarınızda konkretlik
yoxdur. Sonradan sizə təəssüf hissi yaradacaq addımlar atmayın.
Balıqlar - İşgüzar baxımdan çox əlverişli gündür. İstənilən
problemin və ya çətinliyin öhdəsindən sürətlə gəlin. Rəqibləri
üstələyin. Hətta ən çətin durumda belə, qətiyyəti və inamı
itirməyin. Toplantı, iclas və ya seminara qatılmaq üçün münasib
zamandır.