Qoç
- Çətin, mürəkkəb gündür. Problemlərin axını axşam saatlarına qədər
davam edə bilər. Gözlənilməz dəyişikliklər və xəbərlər sürətlə
bir-birini əvəzləyir. Ardıcıllıq yoxdur. Perspektiv istiqaməti
seçin, irəliləyin və arxaya baxmayın.
Qoç
- Heç olmasa, bu gün inadkar, tərs olmayın. Çevik, kompromisslərə
meylli, dil tapmağa hazır olun. İşdə rəhbərlik və həmkarlarla olan
çoxdankı fikir ayrılıqlarını aradan qaldırın. Belə olarsa, çalışma
ritminin artdığını, mühitin yaxşılaşdığını hiss
edəcəksiniz.
Qoç
- Çətin olacaq. Yaranan problemlər və formalaşan çətinliklər
mürəkkəbdir. Onları çözmək üçün baş sındırmalı olacaqsınız. İşdə
rəhbərliklə fikir ayrılıqları yarana bilər. Dövlət qurumlarının
nümayəndələri ilə təmaslarda diqqətli olun.
Qoç - Emosional fon
əlverişli deyil. Ən kiçik və xırda məsələyə görə əhvalınızı
pozmayın. Ünsiyyətdə o qədər də xoş olmayan insanlarla təmaslar
qaçılmazdır. Onlarla əsl münasibətinizi müvəqqəti də olsa,
pərdələməyə çalışın. Gərəkli əşya itə bilər. Bu, sizi hədsiz
dərəcədə qıcıqlandırır.
Qoç
- qətiyyətli və inamlı addımlar, qərarlar üçün əlverişli gündür.
İmprovizə edə bilərsiniz. Hadisələr gözlənilməz məcrada inkişaf
edirsə, adekvat addımlar atın. Çaş-baş qalmayın. Yeni tanışlıqlar
asanlıqla yaranır. Nikbin və pozitiv olun. Komandada çalışmaq pis
deyi, amma müstəqil fəaliyyət də effektiv ola bilər. Anlaşmalar
gəlir gətirəcək. Alınan pulların məbləği arta bilər.
Qoç
- emosional fon stabil deyil. Xırda və kiçik məsələlərə görə
əhvalınızı pozmayın. Qətiyyətli və inadkar olsanız, yaxşı
nəticələrə nail ola bilərsiniz. Maraqlı işgüzar təkliflər
alacaqsınız. İşdə rəhbərlik ideyalarınızla
maraqlanacaq.
Qoç
- travma riskinin çox olduğu gündür. Yorucu və mürəkkəb işdən,
sükan arxasında uzun müddət olmaqdan, şübhəli toplantılara
qatlımaqdan imtina edin. Uzaqdan xoşagəlməz xəbərlər ala
bilərsiniz. Konkret məqsədə çatmaq üçün son vaxtlar göstərdiyiniz
səylərin əbəs olduğunu anlayacaqsınız.
Qoç
- günlə bağlı böyük gözləntiləriniz olmasın. Əməkdaşlığına dəyər
verdiyiniz tərəfdaşa qarşı iddiaları və iradları minimuma endirin.
Problemlərin işin gedişatında əhəmiyyətli çatışmazlıqları üzə
çıxardığı məqamlarda qərarlar və tədbirlər radikal ola bilər.
İşlərinizdə və münasibətlərdə eksperimentlərə təşəbbüs
göstərməyin.
Qoç
- enerjili və aktiv olun. Rəqiblərinizi üstələyin, onları geridə
qoyun. Bu gün səsləndirəcəyiniz ideyalar pis olmasa da, onların
hələlik vaxtı çatmayıb. Ətrafınızdakılar sizi sadəcə, anlamaya
bilərlər. Uğur əldə etmək üçün fəaliyyət azadlığı
olmalıdır.
Qoç
- narahat, qarışıq, laübəli gündür. Səbrli və təmkinli olsanız,
tərəfdaşlarınızla həmkarlarınızın rəğbətini qazana bilərsiniz.
Praktiki məsələlər indi ön planda olmalıdır. Bəzi planlar və
layihələrə yenidən baxmaq zamanıdır.