Avropa bazarı nədir və məhsulumuzu bu bazara necə çıxara bilərik – İqtisadiyyat üzrə ekspert ilə müsahibə (VİDEO)
2014-cü ildə Gürcüstan Avropa İttifaqı ilə dərin və hərtərəfli azad ticarət məkanı haqqında razılaşma (DCFTA) imzaladı.

DCFTA ticarətlə əlaqədar məsələlərin geniş istiqamətini əhatə edir və ticarətlə bağlı Gürcüstan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə mərhələli şəkildə yaxınlaşdırılmasını nəzərdə tutur.

Dərin və hərtərəfli azad ticarət məkanı nədir, Avropa İttifaqı bazarı nə deməkdir, Avropa İttifaqına ixrac üçün bizə nə lazımdır və Gürcüstanın bugünkü şəraitində götürülmüş öhdəliklərin yerinə yetirilməsi nə dərəcədə realdır?. “Marneuli” radiosu bu məsələlərlə bağlı iqtisadiyyat üzrə ekspert Qiqla Mikautadze ilə müsahibə aparıb. Mikautadzenin bizimlə söhbəti zamanı bildirdiyinə görə, sahibkarların Avropa bazarında olan bu məsələlərlə bağlı düzgün məlumata malik olması çox mühümdür.

“Siz bilirsiniz ki, 2014-cü ildə biz Avropa İttifaqı ilə bu razılaşmanı imzaladıq. Razılaşma bizim Avropa İttifaqı ilə azad ticarətimiz olduğunu nəzərdə tutur. Gürcü məhsulu Avropa İttifaqı bazarına gömrük vergilərindən kənar daxil olur. İdxal vergisini biz ödəmirik. Bu kimi razılaşması olmayan ölkələr ödəyirlər. Sahibkarlar burada iki əsas məsələyə diqqət yetirməlidirlər. Birinci, əgər kənd təsərrüfatı məhsuludursa, Gürcüstanda yetişdirilməlidir. İkincisi, əgər emal olunursa, əsas xammal Gürcüstanın olmalıdır. Sahibkar bu baxımdan hansı tələblərin olduğunu yaxşı başa düşməlidir və standartlara uyğunlaşdırmalıdır”.

Mikautadzenin sözlərinə görə, Avropa İttifaqı 27 Avropa ölkəsini özündə birləşdirir. Avropa İttifaqında 5 milyondan artıq yüksək gəliri və alıcılıq qabiliyyəti ilə seçilən istehlakçılar yaşayır.

“Bizə hər hansı sahibkarın hər hansı ölkədə arzuladığı bazara girmək imkanı verilir. Burada öz biznesinin genişləndirilməsi üçün unikal imkan var. 27 ölkədən bir-ikisinə daxil olsan, biznesini inkişaf etdirmək üçün yetərli ola bilər”.

Qeyd edək ki, 17 may tarixində, Marneuli meriyasında qrant müsabiqəsi ilə bağlı görüş baş tutub. Müsabiqə yerli kiçik və orta biznesə dəstək məqsədi ilə elan olunur.


Qrant müsabiqəsini “HEKS-EPER GEORGİA” beynəlxalq təşkilatı, Avropa İttifaqının (EU) maddi dəstəyi ilə “Vətəndaş cəmiyyətinin sosial, iqtisadi və siyasi həyatda bərabər, tam iştirakı üçün” layihəsi çərçivəsində elan edir. Görüşə ekspert Qiqla Mikautadze də dəvət olunmuşu. O, gürcü məhsulunun Avropa bazarına çıxarılması, standartları və tələbləri haqqında danışıb.

"Marneuli" Radiosu
Print