Futzal üzrə Avropa çempionatının D qrupunda II tura start verilib.
İlk oyununda Gürcüstan yığması Bosniya və Herseqovinanı sınağa
çəkib.
Gürcülər ilk hissədən sonra hesabda geridə olsalar da, ikinci
yarıda 2 qol vuraraq qələbə qazanıblar - 2:1. Bu nəticədən sonra
xallarını 6-ya çatdıran kollektiv liderliyə yüksəlib. Xalı olmayan
Bosniya və Herseqovina isə sonuncu pillədə qərarlaşıb.
Gürcüstan yığması ilk turda Azərbaycana 3:2 hesabı ilə qalib gəlib.
Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv qrupdakı ikinci
sınağında bu gün İspaniya ilə qarşılaşacaq. Görüş Tbilisi vaxtı ilə
saat 23:30-da başlayacaq. Milli komanda məğlub olacağı halda,
qrupdan çıxmaq şanslarını itirəcək.
Qeyd edək ki, İspaniya seçməsi ilk turda Bosniya və Herseqovinanı
məğlub edib - 5:1.