Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş
Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Azərbaycana gedən
"Mercedes-Benz" və "Man" markalı yük nəqliyyat vasitəsitələri
saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.
Məlumata görə, bu zaman hər iki sürücü idarə etdikləri nəqliyyat
vasitələrində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı
hər hansı predmetin olmadığını bildiriblər.
Lakin gömrük baxışı zamanı yük nəqliyyat vasitələrində gömrük
nəzarətindən gizlədilən 4 600 ədəd "Marlboro touch" markalı siqaret
aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az