Marneuli meriyası yarım milyon lariyə zibil qabları almağı
planlaşdırır.
Qeyd olunan məlumat Bələdiyyə Məclisinin 29 iyunda keçirilmiş
iclasında aydın olub. Büdcədə edilmiş dəyişikliklər barədə
meriyanın Maliyyə-Büdcə Şöbəsinin rəhbəri Vüqar Məmmədov danışıb.
O, qeyd edib ki, zibil qabları almaq üçün büdcədən 200 000 lari
əlavə edəcəklər və tender elan olunacaq.
“Büdcədə zibil qabları almaq üçün 300 000 lari
ayrılmışdı. Ancaq qalan qənaət çərçivəsində bu iclasda daha 200 000
əlavə edirik. Zibil qabları almaq üçün 500 000 lari çərçivəsində
tender elan olunacaq”.
“Təmiz Marneuli” MMC-nin rəhbəri Leri Mumladze güman edir ki, yarım
milyona 500 ədəd plastik zibil qabı alacaqlar və müxtəlif yerlərə
paylaşdıracaqlar.
“Köhnə qabları götürdüyümüz yerlərə yeni qablar
qoyulacaq. Çoxusu sıradan çıxıb və zibil daşıyan maşın bunların
hamısını götürə bilmir. Buradan irəli gələrək, ehtiyac olan yerlədə
dəyişəcəyik. Plastik qablar təxminən, 1000 laridir, metal almağa
isə 2000 lari lazımdır”.
Leri Mumladzenin sözlərinə görə, 500 ədəd zibil qabı Marneulidə
tullantılar problemini həll edə bilməz.