25 iyul saat 19:00-da Marneulidə gürcü folklor axşamı keçiriləcək.
Marneuli Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvili “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, tədbir “Yenə də
böyüyəcəklər” parkında keçiriləcək.
“Urmuli” məşhur kvintetdir. İdman, Mədəniyyət və
Gənclər Nazirliyinin maliyyə dəstəyi ilə Marneuli meriyası, İdman
Mərkəzinin dəstəyi ilə folklor gecəsi axşamı keçiriləəck. Tədbir
açıq səma altında olacaq və iştirak sərbəstdir”, –
Şavişvili bildirdi.
“Urmuli” kvinteti Marneulidən sonra Qardabani bələdiyyəsində də
konsert keçirəcək.