Marneuli şəhər 5 saylı ictimai məktəbinin 12-ci sinif şagirdi
Qiorqi Xvibliani “FLEX”-in gələcəyin liderləri mübadilə proqramı
ilə Amerikaya yollanacaq.
Qiorqi “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, çox sayda
çətin prosedurlardan keçib. Bunlar üçün aylar lazım olub və böyük
rəqabət olduğundan qalib gəlmək imkanı az imiş.
“Qalib gəlmək istəyirdim, 4000 iştirakçı var idi. Onlardan 70 nəfər
seçildi. Qalib gəlməyimə çox sevindim. Daha çox məsuliyyət hissi
yarandı. Bir neçə mərhələni keçməli idim. Müraciət formasını
doldurmaq, rəsmi tərəflər var idi. Esselər və testlər yazılmalı
idi. Finala qədər belə getdim. Avqustda yola düşəcəyəm. Orada
yalnız təhsil almaq deyil, həm də adamlarla tanışlıq və qarşıma
çıxan yaxşı adamlarla ünsiyyət quracağam. Eləcə də təhsil səviyyəsi
bura ilə müqayisədə yüksək olacaq və düşünürəm, bu dövr ərzində çox
bilik, təcrübə əldə edəcəyəm”, – Qiorqi bildirdi.
5 saylı ictimai məktəbin direktoru Lela Xarşiladze bildirdi ki,
təhsil müəssisəsi “FLEX”-in dostu olan məktəbdir və ötən illər
ərzində, qeyd olunan proqramla 4 şagird Amerikada olub.
“Regional tur adətən bizdə, Gürcüstanın 8 məktəbi arasında
keçirilir, onlardan biri bizim məktəbdir. Bizim məktəbdən 4 şagird
artıq bu proqramla Amerikaya gedib. Qiorqi beşinci şagirddir. Çox
yaxşı oğlan, yaxşı şagirddir və bizi orada təmsil
edəcək”, – məktəb direktoru bildirdi.
“FLEX” - Gələcəyin liderləri mübadilə proqramı illərdir,
Gürcüstanda yaşayan yuxarı sinif şagirdlərinə Amerika məktəblərində
təhsil almaq və Amerika xalqı ailələrində şərait yaradır. Proqramı
Amerika hökuməti maliyyələşdirir və Amerika Beynəlxalq Təhsil
Şuraları idarə edir.