Yeni il işıqlarının qurulması ilə əlaqədar olaraq dekabrın 6-da
saat 00:00-dan səhər 06:00-dək Rustaveli prospektində,
Birinci Respublika meydanından Azadlıq meydanına kimi olan hissədə
nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılacaq. Məlumatı Tbilisi
Meriyası yayır.
İdarədən verilən məlumatda bildirilir ki, Leonidze, İnqoroğva,
Aleksanadre Çavçavadze, Qriboedov, Barataşvili və Tabukaşvili
küçələrindən istifadə etməklə nəqliyyat vasitələrinin hərəkəti
mümkün olacaq; Melikişvili prospektindən Mtatsmindanın qalan
küçələri istiqamətində hərəkətə Canaşia, Tarxnişvili, Tatişvili,
Çovelidze, Zandukeli küçələrindən keçməklə və sonra isə Barnovi,
Qoqebaşvili və Kakabadze küçələrindən istifadə etməklə icazə
veriləcək.
“Mtatsminda rayonunun digər küçələrindən Qriboedov, Mağaşvili,
Barnovi və Şanidze küçələrindən keçməklə Melikişvili prospektinə və
“Rustaveli” metrostansiyasının ərazisinə getmək mümkün olacaq.
Azadlıq meydanında isə hərəkət yalnız Rustaveli prospekti
istiqamətində məhdudlaşdırılacaq.
“Rustaveli” metrostansiyasının ərazisindən Azadlıq meydanı
istiqamətində hərəkət edən şəxsi avtomobillər Rustaveli
prospektində, Zeytun ağacının yanından dönərək Mixeil Cavaxişvili
küçəsi və Kürün sağ sahili vasitəsilə hərəkət
edəcəklər” – deyə Tbilisi Meriyasının məlumatında
bildirilir.