Bu gün, yanvar tarixində səhər saat 8.30 radələrində Azərbaycanın
İrandakı səfirliyinə silahlı hücum olub.
Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı
bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə
yetirilib, bir nəfər yaralanıb.
APA-nın diplomatik kanallar vasitəsilə əldə etdiyi məlumata görə,
hücum edən şəxs saxlanılıb.
İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.