Meriya Tamarisinin idman zalı ərazisində kanalın bərpası üçün tenderi 8 543 lari artırıb
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Tamarisi kəndində yerləşən idman zalının ərazisindəki kanalın bərpası üçün tenderi təkrar, artırılmış vəsaitlə elan edib.

Marneuli meriyası Tamarisi idman zalı ərazisində yerləşən kanalın bərpası üçün birinci tenderi 2022-ci ilin 19 sentyabrında elan edib. Tenderin dəyəri 16 949 lari təşkil edirdi və tenderdə yalnız bir şirkət, “Oqi” MMC iştirak edib. Şirkət meriyaya işləri 14 770 lariyə həyata keçirməyi təklif edib. Lakin şirkət müqaviləni imzalamaqdan imtina etdiyi üçün diskvalifikasiya edilib.

Yerli özünüidarə təkrar tenderi 2023-cü ilin 28 aprel tarixində elan edib. Yeni tenderə görə, meriya Tamarisi idman zalı ərazisindəki kanalın bərpasını 25 492 lariyə planlaşdırır.

Tender komissiyası iclasının protokoluna görə, tenderdə qalib gələn şirkət suvarma kanalının bərpasını müqavilə bağlandıqdan 45 gün ərzində həyata keçirilməlidir. İşlər başa çatdıqdan sonra suvarma kanalının zəmanət müddəti isə yekun təhvil-təslim aktının bağlanmasından 3 il olmalıdır.

"Marneuli" Radiosu

Print
თეგები: Tamarisi Tender