Vahid Milli Hərəkatın Marneuli Rayon Qərargahının rəhbər vəzifəsi
üçün seçkilər keçiriləcək.
İl yarım ərzində sədr səlahiyyətlərinin icraçısı olaraq Laşa
Kveladze təyin olunmuşdu. Onun “Marneuli” radiosuna bildirdiyinə
görə, seçkilərdə öz namizədliyini irəli sürməyi planlaşdırmır.
Kveladze, hesab edir ki, VMH-ın siyasi şurasının xalq arasında
legitimliyi olan şəxslərdən ibarət olması lazımdır ki, partiyanın
fəaliyyətində daha çox açıqlığa dəstək olsun.
“İndiki mərhələdə Bələdiyyə Məclisində VMH
fraksiyasının sədriyəm və qeyd olunan istiqamətdə gücləndirilmə
mənim əsas məqsədim olacaq. Ona görə indiki mərhələdə rayon
təşkilatına sədr seçkilərində iştirak etməkdən çəkinəcəyəm.
Partiyanın rayon təşkilatı sədrliyinə Eldar Mustafayev və Azad
Kərimov namizəd olacaq. Eldar Mustafayev 2003-cü ildən Milli
Hərəkatınü üzvüdür və Bələdiyyə Məclisinin üzvü də olub. 2021-ci
ilin özünüidarə seçkilərində merliyə namizəd olub və bizim
seçicilərə yaxşı tanışdır. Yekun olaraq, bu proses nəticəsində
partiya elə gücləndirilməlidir ki, Mixeil Saakaşvilinin Putinin
əsirliyindən azad edilməsinə nail olaq və rus oliqarxı Bidzina
İvanişvilini məğlub edək”, – Kveladze bildirib.
Marneulidə seçkilərin nə zaman keçiriləcəyi hələ ki, məlum deyil,
ancaq güman edilən tarix kimi 17-20 may müzakirə olunur.