Marneulidə Müstəqillik Günü ilə bağlı konsertdə kimlər çıxış edəcəklər – proqram
Marneuli meriyası sosial şəbəkədə 26 May – Müstəqillik Gününə həsr edilmiş tədbirin proqramını yayımlayıb.

Tədbirin “Yenə də böyüyəcəklər” abidəsinin ərazisində keçirilməsi planlaşdırılır.

Proqrama görə, yerli sahibkarların məhsullarının sərgi-satışı keçiriləcək.

Konsert yerli ifaçıların çıxışı ilə başlayacaq: “İberia” ansamblı, “Enquri” ansamblı, Şaban Məmmədov, “Era” ansamblı, “Sarvan” ansamblı, vokal studiyası, Mariam Çoxonelidze, “Hucabi” müğənnilər qrupu, saz qrupu, Kristi Cavaxidze;

Marneulilər qarşısında Temur Kvitelaşvili, Eka Kaxiani, Nini Baduraşvili, Kristine İmedadze, Tako Qaçeçiladze də səhnəyə çıxacaq;

Tədbiri “Prani” qrupunun konserti bağlayacaq.

“Proqramın başlanğıcı: 14:00
  • 14:00-20:00 – Yerli sahibkarların məhsullarının sərgi-satışı;
  • 14:00-18:00 – Uşaq məkanı: oyunlar, suvenirlərin hazırlanması və masterklasslar;
  • 14:00-16:00 – Orkestrin yürüşü;
  • 14:00-18:00 –Müdafiə qüvvələri texnikası, silah və təchizatların sərgisi;
  • 14:00-15:00 – Yerli ifaçıların konserti: “İberia” ansamblı, “Enquri” ansamblı, Şaban Məmmədov, “Era” ansamblı, “Sarvan” ansamblı, vokal studiyası, Mariam Çoxonelidze, “Hucabi” müğənnilər qrupu, saz qrupu, Kristi Cavaxidze;
  • 15:50-16:50 – Temur Kvitelaşvili, Eka Kaxiani, Nini Baduraşvili, Kristine İmedadze, Tako Qaçeçiladze;
  • 16:50-17:10 –Gürcü döyüş sənətini nümayiş etdirən çıxış;
  • 17:10 – Gürcüstanın müstəqilliyinin elan olunduğu tarixi vaxt – təntənəli bayram;
  • 17:30 – “Prani” qrupu

 

Print E-mail
FaceBook Twitter Google