Meriya bir il ərzində restoran xidmətinə neçə lari pul ödəyib

Marneuli meriyası bir il ərzində restoran xidmətinə 73 461 lari xərcləyib.


2022-ci ilin sadələşdirilmiş alqı-satqılarına görə, bələdiyyə ən çox fərdi sahibkar Vladimer Kimadze ilə müqavilə bağlayıb. “Sadğeqrdzelo” restoranında bir il ərzində 9 süfrə açılıb və yerli büdcədən 33 000 lari pul ödənib.

Sadələşdirilmiş tenderlərin izahatnaməsinə görə, meriyaya restoranlardan istifadə etmək əsasən dəvət olunmuş qonaqları qarşılamaq üçün lazım olub.

2022-ci ildə “Sadğeqrdzelo” restoranına ödənmiş vəsaitləri təqdim edirik:

2`650.00 lari – “Xatırladaq ki, cari ilin 18 fevral tarixində Marneuli meriyası dəvət olunmuş qonaqları qarşılayır”.
1`207.00 lari – “Xatırladaq ki, cari ilin 16 mart tarixində Marneuli meriyası dəvət olunmuş qonaqları qarşılayacaq. Buradan irəli gələrək, xahiş edirik, qüvvədə olan qanuvericiliyə uyğun olaraq, müvafiq xidmətə alqı-satqılarla əlaqədar işləri həyata keçirmək tapşırığı verəsiniz”.

2`796.00 lari – Xatırladaq ki, cari ilin 2 və 4 iyun tarixində Marneuli Mədəniyyət Mərkəzinin konsert zalında Tbilisinin “Taoba” uşaq və gənclər teatr festivalı çərçivəsində Azərbaycanın Abdulla Şaiq adına Dövlət Kukla Teatrı, Potinin Valerian Qunia adına Peşəkar Dövlət Teatrı tamaşalar nümayiş etdirəcəklər. Marneuliyə gələn heyətin qida ilə təmin edilməsini məqsədyönlü hesab edirəm. Heyətdə dassla birlikdə Azərbaycanın Abdulla Şaiq adına Dövlət Kukla Teatrının və Potinin Valerian Qunia adına Peşəkar Dövlət Teatrlarının direktorları, bədii rəhbərləri yer alır”.

2`074.00 lari – “Xatırladaq ki, cari ilin 05 sentyabr tarixində Marneuli meriyası dəvət edilmiş qonaqları – Regional İnkişaf və İnfrastruktur Nazirliyindən, eləcə də müxtəlif dövlət strukturlarından vəzifəli şəxsləri qarşılayır. Buradan irəli gələrək, qeyd olunan qonaqların naharla təmin edilməsinə ehtiyac var”.
3`195.00 lari - „ Didqoroba” xalq bayramında tam təmsil olunmaq üçün 2 ədəd (Marneuli şəhəri – Didqori dərəsi və geriyə qayıtmaq) mikroavtobusun heyətə, idmançılara, iştirakçılara xidmət göstərməsinə ehtiyac var. 1 ədəd yük maşını isə rekvizitlərin daşınması üçün lazımdır. İmereti mətbəxinin masterklasslarını keçirmək üçün ənənəvi süfrəyə lazım olan məhsulların, xidmətin alınmasına ehtiyac var. Xahiş edirik, müvafiq xidmətə nəqliyyatın təmin edilməsi və məhsulların (xdimtələrin) alınması ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş işləri həyata keçirmək tapşırığı verəsiniz”.

3`309.00 lari – “Xatırladaq ki, cari ilin 12 sentyabrında bələdiyyəyə Gürcüstanın BMT-nin Qadınlar təşkilatı, Kvemo Kartli quberniyası, Gürcüstan Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi, Kəndlərin İnkişaf Agentliyinin nümayəndələri, Parlament üzvləri dəvət olunmuşdular. Müvafiq olaraq, onların qarşılanması məqsədi ilə xərclərlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə ehtiyacımız var”.
9`002.00 lari – “Xatırladaq ki, cari ilin 30 sentyabr tarixində, üç gün ərzinə Marneuli bələdiyyəsi Polşa, Litva, Azərbaycan, Slovakiya və Kanada nümayəndə heyətlərini qəbul edəcək. 30.09.2022- 02.10.2022 tarixləri ərzində rəsmi görüşlər və tədbirlər keçiriləcək. Buradan irəli gələrək, səfər çərçivəsində qonaqların mehmanxanaya yerləşdirilməsi (səhər yeməyi də daxil olmaqla), tərcüməçi xidməti və üç gün ərzində heyətlərin nahar, şam yeməyi ilə təmin edilməsinə ehtiyac var”.

8`842.00 lari – “Xatırladaq ki, cari ilin 30 sentyabr tarixində, üç gün ərzinə Marneuli bələdiyyəsi Polşa, Litva, Azərbaycan, Slovakiya və Kanada nümayəndə heyətlərini qəbul edəcək. 30.09.2022- 02.10.2022 tarixləri ərzində rəsmi görüşlər və tədbirlər keçiriləcək. Buradan irəli gələrək, səfər çərçivəsində qonaqların mehmanxanaya yerləşdirilməsi (səhər yeməyi də daxil olmaqla), tərcüməçi xidməti və üç gün ərzində heyətlərin nahar, şam yeməyi ilə təmin edilməsinə ehtiyac var”.

1`991.00 lari – “Xatırladaq ki, cari ilin 21 noyabr tarixində, Marneuli bələdiyyəsinin Tamarisi kəndində monastır açılır. Monastır bələdiyyənin və regionun sosial, mədəni həyatında böyük rol oynayacaq. Açılışa müxtəlif bələdiyyələrdən qonaqlar dəvət olunub və qonaqların naharla təmin edilməsi planalşdırılırb”.

"Marneuli" Radiosu

 

Print