Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası işlərinin 70 faizi
artıq razılaşdırılıb.
Bunu Gürcüstan parlamentinin Xarici Əlaqələr komitəsinin sədri
Nikoloz Samxaradze Gürcüstanın Azərbaycan və Ermənistandakı
səfirlərinin iştirakı ilə keçirilən komitə dinləməsindən sonra
jurnalistlərə açıqlamasında deyib.
“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyasına gəlincə, sərhədin
təxminən 70 faizi razılaşdırılıb. Qalan 30 faizin razılaşdırılması
üzərində iş gedir. Ancaq delimitasiya prosesi belədir ki, 100 faiz
razılaşana qədər heç bir delimitasiya müqaviləsi imzalanmır.
Müvafiq olaraq bizdə inkişaf var və yavaş-yavaş irəliləyirik. Bu
prosesin nə vaxt başa çatacağını deyə bilmərəm, baxmayaraq ki,
bizim dost və strateji tərəfdaşımız olan Azərbaycanla bu gün
qurduğumuz əlaqələrə əsaslanaraq müsbət gözləntilərimiz
var”, - Nikoloz Samxaradze deyib.