Almaniyanın Hamburq şəhərində yerli hakimiyyət orqanları qurbağa
populyasiyasını
xilas etmək üçün tunellərin tikintisinə təxminən 500 min avro (920
min manat) xərcləyiblər.
Bu barədə “Bild” öz mənbələrinə istinadla bildirib.
“Polad və betondan hazırlanmış dörd tunel vergi ödəyicilərinə
təxminən yarım milyon avroya başa gəldi”, - deyə nəşr
vurğulayıb.
Qeyd olunub ki, yerli təbiət mühafizəçiləri 2020-ci ildə 1
002, bir
il sonra isə 616 qurbağa sayıblar. Həmçinin gölməçə tritonlarının
sayı da azalıb.
Yaşıllar Partiyasından olan yerli hakimiyyət suda-quruda
yaşayanların yollardan keçməsinin qarşısını almaq üçün yeraltı
tunellər tikməyə başlayıb.
Məmbə: Oxu.az