Marneuli Mədəniyyət Mərkəzi Beynəlxalq Qadınlar Günü ilə əlaqədar
paylaşım edib.
Paylaşılmış materialda qadınların hüquq və problemlərinə xüsusi
diqqət çəkilir.
“Bu gün, 2024-cü ilin 8 mart tarixində qadın hüquqları
mühüm problemlərdən biri olaraq qalır. Qadınlar və qızlar
ailədəaxili zorakılıq, cinsi sıxışdırılma, cinsi zorakılıq, qadın
qətli, məcburi evləndirilmə, məcburi abort kimi zorakılıqlardan
əziyyət çəkirlər.
Beynəlxalq Qadınlar Günü bizim hər birimizə qadın potensialını dərk
etməyimizi və bütün qadınların, qızların müdafiədə özünü güclü hiss
edə biləcəyi mühit yaratmamızı xatırladır.
Əziz xanımlar, Beynəlxalq Qadınlar Günü münasibətilə sizi təbrik
edirik. Sizə mövcud maneələri aşmaq üçün güclü olmağı
diləyirik!” – Marneuli Mədəniyyət Mərkəzi yazır.
Beynəlxalq Qadınlar Gününün qeyd olunması ideyası XX əsrin
əvvəlində yaranıb. Beynəlxalq Qadınlar Günü çoxsaylı ölkələrdə qeyd
olunur. BMT 1975-ci ildə 8 mart Beynəlxalq Qadınlar Gününü
tanıyıb.