Marneuli meriyası Novruz Bayramında ənənəvi tonqal yandırılmasına
3200 lari ödəyəcək.
Tonqalın yandıırlmasını tenderdə qalib gəlmiş şirkət təmin edəcək.
Smeta sənədlərinə görə 0,4 kub metr odun 1200 lari, tonqalın
yandırılması üçün ayrılmış bambukdan olan, xüsusi yanacaq qabı ilə
birlikdə 6 məşəl və məşəl üçün nəzərdə tutulmuş yanacaq maye isə
2000 lariyə başa gələcək.
Novruz Bayramı tədbiri
Marneulidə 21 mart tarixində qeyd olunacaq.
Tədbirin təşkil olunması üçün 125 000 lari xərclənəcək. Bayramda
kulinar masterklasları, idman tədbirləri, teatr nümayişləri və s.
olacaq.
“Novruz” fars sözüdür. Onun bir hissəsi “Nov” – yeni, digər hissəsi
isə “Ruz” bu gün deməkdir. Novruz Bayramı yazın, bəzi ölkələrdə isə
yeni ilin gəlişidir. Bayram süfrəsinə xüsusi diqqət yetirilir - bu
gün üçün xüsusi olaraq üç növ şirniyyat hazırlanır: “Şəkərbura”,
“Qoğal” və “Paxlava”. Yumurtalar da qırmızı rəngə boyanır və
səmənin yanına düzülür.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil
olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415