2024-cü ildən bu günə qədər Marneuli bələdiyyəsində insanların
heyvanlar tərəfindən dişlənməsi ilə bağlı 536 fakt qeydə alınıb.
Marneuli İctimai Səhiyyə Mərkəzindən “Marneuli” radiosuna verilən
məlumata görə, statistika yeni ilin əvvəlindən 13 iyuna qədər olan
məlumatları əks etdirir.
Mərkəzdən bildirirlər ki, 536 hadisədən ikisi ilan sancması, qalanı
isə it, pişik, siçovul və digər heyvanların dişləməsi ilə
bağlıdır.
Bu müddət ərzində quduzluğa yoluxma halı qeydə alınmayıb.
İctimai Səhiyyə Mərkəzindən bildirirlər ki, Marneuli miqyasında
quduzluqla mübarizə kabinetləri fəaliyyət göstərir. Onlardan biri
Geo Hospitalsda, biri Aversidə, digəri isə Marneulidəki köhnə
xəstəxananın binasında yerləşir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.