Avropa İttifaqı proqramının təqaüdçüsü Qardabanidə vətəndaş jurnalistikasının tədrisinə başlayır
“Kvemo Kartli Mediasının” rəhbəri və jurnalist Manon Bokuçava Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının (Civil Society Fellowships Programme) təqaüdçüsü olub.

Bu qələbə ona Qardabani bələdiyyəsində vətəndaş jurnalsitikasını tədris etməyə, vətəndaşların yerli özünüidarənin işində iştirak etməsinə dəstək olmaq imkanı yaradır.

“İnformasiyanın yayılmasının bir çox üsullarının mövcud olduğu müasir dünyada vətəndaş jurnalistikası daha da əhəmiyyət kəsb edir. Bu insanlara
özləri çəkib xəbər vermək imkanı yaradır. Onların yerli, kənd və ya qəsəbə səviyyəsində olan problemlər, istər tullantıların idarə olunması, istər içməli su problemi və ya başqa bir şey çəkə bilərlər. Onların sosial media vasitəsilə bu məlumatı yaymaq, diqqəti cəlb etmək və bununla da problemin həllinə töhfə vermək imkanı var. Mənim ideyam da bu məqsədə xidmət edir, məlumatı başa düşülən və maraqlı şəkildə çatdırmağı öyrətmək. Həmçinin, onların işini daha səmərəli edəcək foto-video çəkiliş texnikaları və buna bənzər təfərrüatlar. Layihəyə vətəndaş jurnalistikası haqqında animasiya filmlərinin hazırlanması, məlumatlandırıcı görüşlər və mentorluq daxildir”,
– Manon Bokuçava deyir.

Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Təqaüdçünün özü layihə çərçivəsində bütün fəaliyyətləri könüllü həyata keçirir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print E-mail
FaceBook Twitter Google