Marneuli meriyası zibil konteynerlərinin alınmasına yarım milyon lari ayırıb
Marneuli meriyası yarım milyon lariyə zibil qabları almağı planlaşdırır.

Qeyd olunan məlumat Bələdiyyə Məclisinin 29 iyunda keçirilmiş iclasında aydın olub. Büdcədə edilmiş dəyişikliklər barədə meriyanın Maliyyə-Büdcə Şöbəsinin rəhbəri Vüqar Məmmədov danışıb. O, qeyd edib ki, zibil qabları almaq üçün büdcədən 200 000 lari əlavə edəcəklər və tender elan olunacaq.

“Büdcədə zibil qabları almaq üçün 300 000 lari ayrılmışdı. Ancaq qalan qənaət çərçivəsində bu iclasda daha 200 000 əlavə edirik. Zibil qabları almaq üçün 500 000 lari çərçivəsində tender elan olunacaq”.

“Təmiz Marneuli” MMC-nin rəhbəri Leri Mumladze güman edir ki, yarım milyona 500 ədəd plastik zibil qabı alacaqlar və müxtəlif yerlərə paylaşdıracaqlar.

“Köhnə qabları götürdüyümüz yerlərə yeni qablar qoyulacaq. Çoxusu sıradan çıxıb və zibil daşıyan maşın bunların hamısını götürə bilmir. Buradan irəli gələrək, ehtiyac olan yerlədə dəyişəcəyik. Plastik qablar təxminən, 1000 laridir, metal almağa isə 2000 lari lazımdır”.

Leri Mumladzenin sözlərinə görə, 500 ədəd zibil qabı Marneulidə tullantılar problemini həll edə bilməz.
Print E-mail
FaceBook Twitter Google