Marneuli meriyası Gürcüstan milli bayrağını 1050 lariyə alıb.
Bir ay əvvəl şəhərin girişində asılmış bayraq külək nəticəsində
xarab olub və yerli özünüidarə sadələşdirilmiş qaydada yeni bayraq
almağa qərar verib. Marneuli meri Kənan Ömərova büdcədən pul
ayrılması üçün meriyanın maddi-texniki təminat şöbəsinin rəhbəri
Besik Sexniaşvili müraciət edib.
"Xatırladım ki, 25 iyunda fırtına nəticəsində Marneuli şəhərinin
girişində asılmış Gürcüstan bayrağına ziyan dəyib. Buradan irəli
gələrək, bayır üçün nəzərdə tutulmuş, ikitərəfli təsviri olan
(4x6-ölçüsündə) yeni bayrağın alınmasına ehtiyac var.
Xahiş edirik, müvafiq xidmətə alqı-satqı ilə əlaqədar,
qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini
təmin etmək tapşırığı verəsiniz".
Bələdiyyə bayrağı "Brendhand" MMC-dən alıb. Marneuli yerli
özünüidarəsi 20 metrlik bayrağı 26 may tarixində, Müstəqillik
Günündə şəhərin girişinə asmışdı.
Bayraq Marneulinin girişində, "Gürcüstan hər şeydən əvvəl"
lövhəsinin ərazisində ucaldılmışdı. Marneuli meriyası bayrağın
ucaldılması üçün 13 585 lari xərcləmişdi.