Marneulidə koronaviruslu xəstələr müalicə olunmurlar
Marneuli klinikalarında koronavirusa yoluxmuş xəstələr müalicə olunmur. Bələdiyyə miqyasında koronavirusa yoluxmuş xəstələri son aylar ərzində yalnız “Aversi” klinikasında qəbul edirdilər.

Marneulinin “Aversi” klinikasından “Marneuli” radiosuna bildirdilər ki, indiki mərhələdə tibb müəssisəsində koronavirusa yoluxmuş üç xəstə müalicə alır.

“İndiki mərhələdə koronavirusa yoluxmuş üç xəstəmiz var. Koronavirusa görə müraciət edən digər xəstələri Tbilisiyə göndəririk. Bu üç xəstəni evə buraxacağıq və artıq koronaviruslu xəstələri qəbul etməyəcəyik”,
– “Aversi” klinikasından bildirdilər.

stopcov.ge-də yayımlanmış məlumatlara görə, son 24 saat ərzində Gürcüstan miqyasında koronavirusa 51 yoluxma qeydə alınıb. 24 iyuldan 31 iyula qədər olan dövrdə isə Gürcüstan miqyasında Covid-19-a 11 802 nəfər yoluxub, buradan 334 yoluxma Kvemo Kartlidə qeydə alınıb.

Koronavirusun yayıldığı gündən bu günə qədər ümumilikdə, 1 655 221 nəfər virusa yoluxub. Onlardan 1 637 293 nəfər sağalıb, 16 811 nəfər isə dünyasını dəyişib.

Print E-mail
FaceBook Twitter Google