Marneuli yerli özünüidarəsi meriyanın balansında olan “Marneuli
Kənd Suları” MMC və “Təmiz Marneuli” MMC üçün yeni binanın
tikilməsini planlaşdırır.
Meriya “Marneuli Kənd Suları” MMC və “Təmiz Marneuli” MMC-nin
fəaliyyəti üçün lazım olan binaların tikinti işlərinin smeta
sənədləri ilə bağlı 2 504 112 lari dəyərində tender elan edib.
Tender sənədlərinə görə, şirkətlər üçün yeni binaları Marneuli
şəhəri, Ağmaşenebeli küçəsində tikəcəklər. İndiki mərhələdə tikinti
işləri həyata keçiriləcək ərazidə bələdiyyə avtoparkı yerləşir və
bələdiyyə ictimai nəqliyyatı dayanır.
“Kompleks altı bina-tikilidən ibarətdir:
1 nömrəli bina inzibati binadır, 4 mərtəbəli bina-tikili yüksək
parapet və səthi damı var, dam mərtəbəsində kombi quraşdırılıb.
Bina fiziki imkanları məhdud şəxslər üçün adaptasiya edilib. Bu
bayırdakı girişdə quraşdırılmış pandus və pilləkənlərdə
quraşdırılmış liftdə qeydə alınır. Hər mərtəbə müxtəlif menecment
üçün nəzərdə tutulub. Binanın bayırda yanğınsöndürmə üçün nərdivanı
var və memarlıq baxımından həlli heyrətamizdir, faktiki olaraq
binanın vizual görüntüsünü də nəzərdə tutur”, –
tikinti layihəsinin izahatında yazılıb.
İnzibati bina ilə yanaşı mühafizəçi üçün köşk, zirzəmi, bokslar,
yuma üçün yer və nasosların tikintisi də planlaşdırılır.
Marneuli yerli özünüidarəsi 2 avqust tarixində “Təmiz Marneuli” və
“Marneuli Kənd Suları” üçün ayrılmış binanın tikinti işləri ilə
bağlı tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 19
avqustdan 24 avqusta qədər təkliflərini təqdim edə bilərlər.
Tenderdə qalib gələcək şirkət tikinti işlərini müqavilə bağladıqdan
540 gün ərzində həyata keçirməlidir.