Beynəlxalq savadlılıq günündə Marneuli Kitabxanasında nağıllar oxuyublar
Marneuli bələdiyyəsinin İctimai Kitabxanasında Beynəlxalq Savadlılıq Günü ilə əlaqədar balacalar üçün tədbir keçirilir. Tədbir çərçivəsində kitabxanaçı uşaqlara hekayələr oxuyub.

Kitabxanaçının dediyinə görə, belə fəaliyyətlər uşaqlarda kitaba sevgini artırır.

“Uşaqları dəvət etdik, müzakirə apardıq və oxuduğumuz hekayələri tədbirin sonunda müzakirə etsik, maraqlı, maarifləndirici oyunlar oynadıq. Uşaqlar masaya qoyulmuş kitabları mözvuya uyğun olaraq rəfə yığmaq öhdəliyi daşıyırdılar. Onlar bunun öhdəsindən yaxşı gəldilər. Bugünkü tədbirin səbəbi uşaqların mütaliəni daha çox sevməsi və onlara kitabxanaya tez-tez getmək üçün motivasiya yaratmağımız idi”,
– kitabxanaçı bildirdi.

Tədbir təxminən iki saat davam edib və tədbirdə 8-12 yaşlı uşaqlar iştirak edib.

Print E-mail
FaceBook Twitter Google