Tamta Naveriani və Salome Xarşiladze oxçuluq üzrə yarışda qızıl medal qazanıblar
Marneulili oxçular Tamta Naveriani və Salome Xarşiladze 8-11 sentyabr tarixlərində Tbilisidə keçirilmiş Gürcüstan kubokunun ikinci mərhələsində birinci yeri tutublar.

Naveriani 18, Xarşiladze isə 21 yaş kateqoriyasında qalib gəlib. İdmançıların dediyinə görə, yarışlara hazırlaşırmışlar və birinci yeri tutacaqlarını da gözləyirmişlər.

“Ümumiyyətlə mən və Tata hər gün məşq edirik, bu yarış üçün bunu ikiqat edirdik. Hər ikimiz uğur qazanmaq üçün böyük əmək sərf edirik. İkimiz də təxminən bilirdik ki, bu nəticəni əldə edəcəyik. Zəhmətin nəticəsi həmişə olur”,
– Salome Xarşiladze bildirdi.

“Üç ildir, idmanla məşğulam və yaxşı nəticə əldə etmək üçün çox çalışmalı oluram. Mən və Salome başdan məqsəd qoymuşduq ki, Marneuliyə medalla qayıtmalıyıq. Çox məşq edirdik. Rəqabət də var idi, amma biz birinci yeri qazana bildik”
, – Tata Naveriani bildirdi.

Çempionat Dünya Oxçuluq Federasiyasının “WORLD ARCHERY” qaydaları əsasında klassik oxçuluq kateqoriyasında 18 yaşa qədər – 60 metr, 21 yaşa qədər isə – 70 metr məsafədə keçirilib.

Print E-mail
FaceBook Twitter Google