Bu gün, 27 aprel tarixində Şaumyan İcma Təhsil Mərkəzində “Gender
fokusda” media müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.
Mərkəzin direktoru Natia Okropiridze “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, müsabiqənin məqsədi gender bərabərliyi ilə
əlaqədar məlumatlandırma səviyyəsinin artırılmasıdır.
“Şaumyan İcma Təhsil Mərkəzində “Gürcüstan icmaları davamlı inkişaf
üçün” layihəsi həyata keçirilir və bu layihə çərçivəsində media
müsabiqəsi keçirildi, qaliblər müəyyən edildilər. Həmçinin
sərgi-satış da keçirdik. Eləcə də yerli rəssamların işləri
sərgiləndi və Xalq Müdafiəçisinin Kvemo Kartli üzrə nümayəndəsi
gender məsələləri ilə bağlı danışdı”, – Natia
Okropiridze bildirdi.
“Şaumyan İcma Təhsil Mərkəzinin” direktorunun sözlərinə görə,
“Gürcüstan icmaları davamlı inkişaf üçün” layihəsi Gürcüstanın 14
bələdiyyəsində həyata keçirilir. 14 bələdiyyədən 4 qalib seçilib,
onlar arasında “Marneuli” radiosunun jurnalisti Tiko Davadze də
var.
Tiko Davadzenin hazırladığı, müsabiqədə qalib gələn süjeti sizə
təqdim edirik: