Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Tamarisi kəndində
yerləşən idman zalının ərazisindəki kanalın bərpası üçün tenderi
təkrar, artırılmış vəsaitlə elan edib.
Marneuli meriyası Tamarisi idman zalı ərazisində yerləşən kanalın
bərpası üçün birinci tenderi 2022-ci ilin 19 sentyabrında elan
edib. Tenderin dəyəri 16 949 lari təşkil edirdi və tenderdə yalnız
bir şirkət, “Oqi” MMC iştirak edib. Şirkət meriyaya işləri 14 770
lariyə həyata keçirməyi təklif edib. Lakin şirkət müqaviləni
imzalamaqdan imtina etdiyi üçün diskvalifikasiya edilib.
Yerli özünüidarə təkrar tenderi 2023-cü ilin 28 aprel tarixində
elan edib. Yeni tenderə görə, meriya Tamarisi idman zalı
ərazisindəki kanalın bərpasını 25 492 lariyə planlaşdırır.
Tender komissiyası iclasının protokoluna görə, tenderdə qalib gələn
şirkət suvarma kanalının bərpasını müqavilə bağlandıqdan 45 gün
ərzində həyata keçirilməlidir. İşlər başa çatdıqdan sonra suvarma
kanalının zəmanət müddəti isə yekun təhvil-təslim aktının
bağlanmasından 3 il olmalıdır.