Bu gün, 4 may tarixində Kitabxanada tibb bacılarının hazırlıq
proqramının başlanması ilə bağlı təqdimat keçirilib.
“Geo Hospitals”ın, USAİD-in dəstəyi ilə Gürcüstanda ilk dəfə diplom
sonrası tibb bacısı təhsili və ixtisaslaşma proqramlarını həyata
keçirməyə başlayır.
“Geo Hospitals”-ın tibbi təhsil mərkəzi bazasında tibb bacılarının
təhsilinə yaxın gələcəkdə başlanılacaq və onda yalnız şəbəkə heyəti
deyil həm də regionun başqa tibb müəssisələri, tibbi proqramları
tədris edən kolleclərin məzunları qoşulacaqlar. Tibb bacıları 3
yeni tibbi ixtisasa sahib ola biləcəklər: pediatrın tibb bacısı,
intensiv (kritik) qulluq üzrə tibb bacısı və cərrahiyyə tibb
bacısı.
Bu isə onların keryerada inkişafının və yaxşı işlə təmin
olunmasının ön şərtidir.
Donor təşkilatlarla əməkdaşlıq nəticəsində təhsil mərkəzinin
təchizatı (tədris üçün inventar, vacib ədəbiyyat,
manekenlər/simulyatorlar) və pedaqoqların hazırlanması olacaq.
Təqdimatda USAİD-in “İşlə təmin edənlər peşəkar təhsil üçün”
proqramının rəhbəri Devid Blod iştirak edirdi.Onun sözlərinə görə,
proqram tibb sahəsində Avropa standartlarının tətbiqinə dəstək
olacaq.
“Tibb bacısı ixtisası proqramları ilk dəfə Gürcüstanda hazırlanıb
və onlar Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən
proqramlarla eynidir.
USAİD-in və Geo Hospitalsın tərədaşlığı ilə Gürcüstanda innovativ
bakalavrdan sonra peşə təhsili imkanları tətbiq edilir. Bu isə
regional sahədə təhsil baxımından, eləcə də işlə təmin edilmə
imkanlarının yaxşılaşdırılması məqsədi ilə çox mühümdür. Eyni
zamanda, 2025-ci ildən müntəzəm tibb bacısı fəaliyyətinin məşğulluq
imkanlarını yaxşılaşdırmaq üçün strategiyaya
uyğundur”.
Geo Hospitalsın strateji xidmət rəhbəri Natia
Noğaideli deyir ki, təhsil kurslarının müddəti tibb bacısı
istiqamətlərindən asılıdır. İxtisaslı tibb bacılarının hazırlanması
səhiyyə sistemi, klinikalar, işlə təmin edilmiş tibb bacıları üçün
mühümdür.
“Proqramların müddəti ən az altı ay – pediatr tibb
bacısıdır. Anestezia, intensiv qulluq istiqaməti müddəti bir il ya
bir ildən artıq. Tibb bacılarının hazırlanması qeyri-formal
mühitdə, iş yerlərində olacaq. Tibb bacısı-mütəxəssislərin
rəsmiləşdirilmiş mühitdə, təlim mərkəzinin bazasında
hazırlanmasında Gürcüstanda ilk presedent olacaq,
tibb-bacısı-mütəxəssislər təhsil mərkəzi bazasında hazırlanacaqlar.
Eyni zamanda qoşulan heyət üçün işlə təmin etmə perspektivi
motivasiyası yüksək olacaq”.
Marneulidə keçirilən görüşdə tibb müəssisələrinin, tibbi kollec və
yerli özünüidarə nümayəndələri iştirak edirdilər.