Marneuli meriyası bir il ərzində restoran xidmətinə 73 461 lari
xərcləyib.
2022-ci ilin sadələşdirilmiş alqı-satqılarına görə, bələdiyyə ən
çox fərdi sahibkar Vladimer Kimadze ilə müqavilə bağlayıb.
“Sadğeqrdzelo” restoranında bir il ərzində 9 süfrə açılıb və yerli
büdcədən 33 000 lari pul ödənib.
Sadələşdirilmiş tenderlərin izahatnaməsinə görə, meriyaya
restoranlardan istifadə etmək əsasən dəvət olunmuş qonaqları
qarşılamaq üçün lazım olub.
2022-ci ildə “Sadğeqrdzelo” restoranına ödənmiş vəsaitləri təqdim
edirik:
2`650.00 lari – “Xatırladaq ki, cari ilin 18 fevral tarixində
Marneuli meriyası dəvət olunmuş qonaqları qarşılayır”.
1`207.00 lari – “Xatırladaq ki, cari ilin 16 mart tarixində
Marneuli meriyası dəvət olunmuş qonaqları qarşılayacaq. Buradan
irəli gələrək, xahiş edirik, qüvvədə olan qanuvericiliyə uyğun
olaraq, müvafiq xidmətə alqı-satqılarla əlaqədar işləri həyata
keçirmək tapşırığı verəsiniz”.
2`796.00 lari – Xatırladaq ki, cari ilin 2 və 4 iyun tarixində
Marneuli Mədəniyyət Mərkəzinin konsert zalında Tbilisinin “Taoba”
uşaq və gənclər teatr festivalı çərçivəsində Azərbaycanın Abdulla
Şaiq adına Dövlət Kukla Teatrı, Potinin Valerian Qunia adına
Peşəkar Dövlət Teatrı tamaşalar nümayiş etdirəcəklər. Marneuliyə
gələn heyətin qida ilə təmin edilməsini məqsədyönlü hesab edirəm.
Heyətdə dassla birlikdə Azərbaycanın Abdulla Şaiq adına Dövlət
Kukla Teatrının və Potinin Valerian Qunia adına Peşəkar Dövlət
Teatrlarının direktorları, bədii rəhbərləri yer alır”.
2`074.00 lari – “Xatırladaq ki, cari ilin 05 sentyabr tarixində
Marneuli meriyası dəvət edilmiş qonaqları – Regional İnkişaf və
İnfrastruktur Nazirliyindən, eləcə də müxtəlif dövlət
strukturlarından vəzifəli şəxsləri qarşılayır. Buradan irəli
gələrək, qeyd olunan qonaqların naharla təmin edilməsinə ehtiyac
var”.
3`195.00 lari - „ Didqoroba” xalq bayramında tam təmsil olunmaq
üçün 2 ədəd (Marneuli şəhəri – Didqori dərəsi və geriyə qayıtmaq)
mikroavtobusun heyətə, idmançılara, iştirakçılara xidmət
göstərməsinə ehtiyac var. 1 ədəd yük maşını isə rekvizitlərin
daşınması üçün lazımdır. İmereti mətbəxinin masterklasslarını
keçirmək üçün ənənəvi süfrəyə lazım olan məhsulların, xidmətin
alınmasına ehtiyac var. Xahiş edirik, müvafiq xidmətə nəqliyyatın
təmin edilməsi və məhsulların (xdimtələrin) alınması ilə əlaqədar
qanunvericiliklə nəzərdə tutulmuş işləri həyata keçirmək tapşırığı
verəsiniz”.
3`309.00 lari – “Xatırladaq ki, cari ilin 12 sentyabrında
bələdiyyəyə Gürcüstanın BMT-nin Qadınlar təşkilatı, Kvemo Kartli
quberniyası, Gürcüstan Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi,
Kəndlərin İnkişaf Agentliyinin nümayəndələri, Parlament üzvləri
dəvət olunmuşdular. Müvafiq olaraq, onların qarşılanması məqsədi
ilə xərclərlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsinə ehtiyacımız var”.
9`002.00 lari – “Xatırladaq ki, cari ilin 30 sentyabr tarixində, üç
gün ərzinə Marneuli bələdiyyəsi Polşa, Litva, Azərbaycan, Slovakiya
və Kanada nümayəndə heyətlərini qəbul edəcək. 30.09.2022-
02.10.2022 tarixləri ərzində rəsmi görüşlər və tədbirlər
keçiriləcək. Buradan irəli gələrək, səfər çərçivəsində qonaqların
mehmanxanaya yerləşdirilməsi (səhər yeməyi də daxil olmaqla),
tərcüməçi xidməti və üç gün ərzində heyətlərin nahar, şam yeməyi
ilə təmin edilməsinə ehtiyac var”.
8`842.00 lari – “Xatırladaq ki, cari ilin 30 sentyabr tarixində, üç
gün ərzinə Marneuli bələdiyyəsi Polşa, Litva, Azərbaycan, Slovakiya
və Kanada nümayəndə heyətlərini qəbul edəcək. 30.09.2022-
02.10.2022 tarixləri ərzində rəsmi görüşlər və tədbirlər
keçiriləcək. Buradan irəli gələrək, səfər çərçivəsində qonaqların
mehmanxanaya yerləşdirilməsi (səhər yeməyi də daxil olmaqla),
tərcüməçi xidməti və üç gün ərzində heyətlərin nahar, şam yeməyi
ilə təmin edilməsinə ehtiyac var”.
1`991.00 lari – “Xatırladaq ki, cari ilin 21 noyabr tarixində,
Marneuli bələdiyyəsinin Tamarisi kəndində monastır açılır. Monastır
bələdiyyənin və regionun sosial, mədəni həyatında böyük rol
oynayacaq. Açılışa müxtəlif bələdiyyələrdən qonaqlar dəvət olunub
və qonaqların naharla təmin edilməsi planalşdırılırb”.