Marneulidə Müstəqillik Günü qeyd olunub
Marneulidə 26 may, Müstəqillik Günü qeyd olunub.

Tədbir mərkəzi parkda baş tutub, musiqili və teatr nümayişlər, idman tədbirləri keçirilir. Sərgi məkanları, tematik məkanlar qurulub.

Vətəndaşların müdafiə qüvvələrinin hərbi texnikasını, silah və təchizat sərgisini yerində nəzərdə keçirmək imkanı var.

“Marneuli Gürcüstanın rəngarəngliyini dəqiq əks etdirir və bu rəngarənglik də azadlıq deməkdir, bu rəngarənglik bizim müstəqilliyimizi gücləndirir. Hamını bir daha təbrik edirəm, onlara azadlıq, müstəqillik arzu edirəm”, – Parlamentin deputatı Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib.

Marneuli meri Kənan Ömərov da Marneuli sakinlərini Müstəqillik Günü münasibəti ilə təbrik edib.

“Sevinirəm ki, bu gün ənənəvi və belə genişmiqyaslı şəkildə 26 mayı qeyd edirik. Gürcüstanın hər bir vətəndaşı üçün bu gün mühümdür. Məhz bunun üçün bizim hökumət administrasiyasına, Barışıq naziri Aparatına minnətdarlığımı bildirirəm. Hamını bu gün münasibəti ilə təbrik edirəm. Sizə sağlamlıq, sevgi və sülh arzu edirəm", – Kənan Ömərov bildirib.

Marneulidə tədbir Gürcüstan hökumətinin təşəbbüsü və Dövlət naziri Aparatının təşkilatçılığı ilə keçirilib. Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin müavini Lia Qiqauri bildirir ki, Gürcüstanın müstəqilliyinin möhkəmləndirilməsi və azadlığa doğru ciddi addımlar atmaqda hamımız böyük məsuliyyət daşıyırıq.

“Marneulidən etnik, çoxmədəniyyətli ictimaiyyətlə birlikdə bütün Gürcüstanı bu gün münasibəti ilə təbrik edirəm. Marneulidə müstəqilliyin 105 illiyini qeyd edirik və hamımız birlikdə böyük sevincimizi bölüşürük. Bizim ölkə daim bununla seçilib. Amma bugünkü gün bir daha bunu bizə xatırladır. Bu gün bizim, Gürcüstanın bütün vətəndaşlarının günüdür, Gürcüstanın müstəqilliyinin möhkəmləndirilməsi və azadlığa doğru ciddi addımlar atmaqda hamımız böyük məsuliyyət daşıyırıq”, – Lia Qiqauri bildirib.

Marneuli sakinləri qarşısında musiqili nömrələrlə Temur Kvitelaşvili, Eka Kaxiani, Nini Baduraşvili, Kristine İmedatze, Tako Qaçeçiladze çıxış edib.

Tədbiri “Prani” qrupunun konserti bağlayacaq.

Qeyd edək ki, 1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası dövlət müstəqillik aktını qəbul edib. Noe Jordaniyanın rəhbərliyi ilə ilk demokratik respublika Sovet Rusiyası tərəfindən işğala qədər, iki il ərzində mövcud olub. Həmin dövrdə Gürcüstan müstəqilliyi aparıcı Avropa ölkələri tərəfindən tanınırdı. Müstəqillik 70 ildən sonra, 1991-ci ildə 9 aprel tarixində bərpa olunub.

Tədbirdən birbaşa yayım:

Print E-mail
FaceBook Twitter Google