Rusiya Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin
açılmasına, sərhədlərin delimitasiyasına və sülh müqaviləsinin
bağlanmasına yardım etmək niyyətindədir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada
azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.
“Biz nəqliyyat əlaqələrinin açılması və sərhədin delimitasiyası,
sülh müqaviləsinin bağlanması və ümumilikdə etimad tədbirlərinin
gücləndirilməsində maraqlıyıq”, - Lavrov
vurğulayıb.
O qeyd edib ki, bugünkü görüşün mühüm mövzusu Azərbaycan, Rusiya və
Ermənistan liderləri arasında 2020-ci ilin 9 noyabr, 2021-ci ilin
11 yanvar və 26 noyabr aylarında əldə edilmiş üçtərəfli sazişlərin
və bu ilin oktyabrında Soçi görüşündə imzalanmış sazişlərin icrası
məsələsidir.
“Bundan başqa, regionda əməkdaşlıq, Xəzər beşliyi, ATƏT, MDB-də
əməkdaşlıq və digər proseslər də gündəlikdədir”, -
Rusiya XİN başçısı əlavə edib.