Marneulinin büdcəsi təxminən 1 600 000 həcmində artıb
Marneuli bələdiyyəsinin büdcəsinə
dəyişikliklər edilib.
11
mart tarixində Bələdiyyə Məclisinin iclasında deputatlar büdcəyə
ediləcək dəyişiklikləri dəstəkləyiblər.
Marneuli bələdiyyəsinin Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar
Məmmədovun “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə,
dəyişikliyə kəndlərə dəstək proqramı və ictimai məktəblərin bərpası
üçün ayrılan vəsaitin ikiqat artırılması səbəb olub.
“Kəndlərə dəstək proqramı ikiqat artırılıb, 612 000 lari idi və
daha 612 000 lari əlavə edilib. İctimai məktəblərin bərpası üçün
ayrılmış 910 000 lari də ikiqat artırılıb və daha 910 000 lari
əlavə olunub”, – deyə Vüqar Məmmədov bildirdi. O, həmçinin qeyd
etdi ki, ümumilikdə yerli vəsaitin əlavə olunması ilə büdcəyə 1 600
000 lariyədək vəsait əlavə olunub.
Dəyişikliklərdən sonra Marneuli büdcəsi 38 733 600 lari olaraq
müəyyən olunub.
Məmmədovun dediyinə görə, büdcədə martın sonunadək yenə
dəyişikliklərin edilməsi gözlənilir və Gürcüstan hakimiyyəti
Marneulinin kəndlərində daxili yolların bərpası üçün ən az milyon
lari ayıracaq.