Tənha analara səkkiz mart hədiyyəsini gecikdiriblər

Marneulinin Gender Şurası tənha analara 14 martda hədiyyə verib.



Doğrudur simvolik hədiyyəni 8 martda verməyi düşünürdülər ancaq Gender Şurasının katibi İa Esabuanın dediyinə görə “rəhbərlər məzuniyyətə getmişdilər” və ona görə də gecikblər.

“Biz 32 tənha anaya hədiyyə verdik. Toster, qəhvə dəsti və 1 kq şokolad. Bunların hamısına təqribən 500 lari xərcləndi” – İa Esabua deyir.

Gender Şurası hədiyyələri 2018-ci ildə onların sosial proqramından istifadə edən və 80 000 baldan aşağı olan tənha analara verib.

Bir nəfər üçün 50 lari xərclənib.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər