Gürcü dilinin tədrisi uşaq bağçasından başlamalıdır - Salome Zurabişvili
Gürcüstan prezidenti Marneuliyə səfəri zamanı “Jvaniya məktəbinə” və Tamarisi ictimai məktəbinə baş çəkib.

Prezident şagirdlərlər görüşü zamanı gürcü dilinin tam mənimsənilməsi və inteqrasiyanın əhəmiyyətini diqqətə yetirib.

Regionda onun böyük marağı gürcü dilinin tədrisidir. O, hesab edir ki, inşa olunan və olunacaq bağçalar gürcü dilli olmalıdır.

“Gürcü dilinin tədrisinə bağçadan başlamalıyıq və bu ailələrin tələbidir. Burada
məcburi siyasətin olmasından söhbət getmir. Ailələrin tələbi var çünki hamı yaxşı başa düşür ki, uğur və inteqrasiyanın yolu dil bilməkdir və ən asan yol isə bağçadan başlamaqdır yuxarı siniflərdən deyil”
– Salome Zurabişvili bildirib.

Zurabişvili 19 martda Marneuliyə səfər edib və ilk görüşünü meriyada keçirib. Onun səfərinin məqəsdi seçkiqabağı verilən vədə uyğun olaraq Gürcüstanın regionlarının inkişafı potensialı ilə tanış olmaq və regionun inkişafına dəstək olmaqdır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər