Marneulidə Rustaveli küçəsinin bir hissəsi Novruz bayramı ilə əlaqədar olaraq bağlanıb

Marneulidə Rustaveli küçəsinin bir hissəsi bu gün, 20 mart səhər saatlarından bağlanıb. Yolun bağlanmasına səbəb Novruz bayramına həsr olunmuş tədbirlərə hazırlıqdır.

Konsertlər və tamaşalar, həmçinin müxtəlif guşələr məhz Rustaveli küçəsində, meriya qarşısında baş tutacaq.

Marneuli meriyasından “Marneuli” radiosuna verilən məlumata görə, yol sabah tədbir başa çatdıqdan sonra axşam saatlarında açılacaq.

Avtomobillər alternativ yolla hərəkət etməli olacaqlar. Alternativ yol “Ata Holdinq” idman kompleksinin yanından keçərək 4 saylı uşaq bağçasının yanından çıxır.

Marneuli şəhərində küçələrin adları qeyd olunmuş nişanlar yoxdur. Buna görə də, əgər “Ata
Holdinq” və ya 4 saylı uşaq bağçasının harada olduğunu bilmirsinizsə, sadəcə maşın axınına qoşulmalı olacaqsınız və yenidən Rustaveli küçəsinə çıxacağınıza ümid edəcəksiniz.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər