Sürücülük vəsiqəsinin praktiki imtahanını küçələrdə keçirmək üçün 2017-2018-ci illərdə 7 mln-dan çox pul xərclənib
Sürücülük vəsiqəsinin praktiki imtahanını küçələrdə keçirmək üçün 2017-2018-ci illərdə 7 mln-dan çox pul xərclənib. Ancaq layihə hələ də həyata keçirilməyib. Bu haqda məlumat Audit Xidmətinin hesabatında yazılıb.

Konkret olaraq, xidmət Servis Agentliyi tərəfindən 2017-ci ildə həyata keçiriləcək dövlət alqı-satqı müvafiqliyi üzrə audit aparılıb və nəticədə aşkarlanıb ki, layihəllərin ardıcıl olmadan həyata keçirilməsi nəticəsində müəyyən hallarda agentliyin vəsaitləri effektsiz sərf
olunub.

Həmçinin, Gürcüstan və Avropa İttifaqı arasında Assosiasiya sazişinə əsasən nəqliyyat vasitəsinin idarəsi hüququnun praktiki imtahanı real yol hərəkəti şəraitində keçirilməli idi. Bu öhdəlik 2018-ci ilin 1 sentyabrına qədər yerinə yetirilməli idi.

Layihənin həyata keçirilməsi üçün agentlik avtomobillər, miro avtobuslar, motosikllər alıb və onları kameralarla təchiz ediblər, eləcə də meydan da qurulub, imtahanı həyata keçirəcək heyət hazırlanıb. 2017-2018-ci illərdə layihənin həyata keçirilməsi üçün 7 mln laridən çox pul xərclənib.

Müvafiq olaraq Agentlik Assosiasiya sazişini həyata keçirmək məqsədi ilə öz öhdəliyini yerinə yetirib. Ancaq, qeyd olunan istiqamətdə qanunvericilik bazasının hazırlanmamasından və bələdiyyələrin infrastruktur layihələrini bitirməməsinə görə Assosiasiya sazişi ilə nəzərdə tutulmuş məqsədə nail olmadılar – imtahanın real yol hərəkət şəraitində verilməsi baş vermədi.

Cari dövrdə (2018-ci ilin dekabrına olan vəziyyətə görə” agentlik tərəfindən alınan yuxarıda qeyd olunan mülk istifadə olunmazdır. İmtahan avtomobillərinin 2 illik zəmanət müddədindən 1 ili başa çatdı, ancaq qeyd etmək lazımdır ki, agentlik şirkətlə razılıqla əlavə 1 il müddəti davam etdirib. İmtahan sisteminin isə zəmanət müddəti başa çatıb, müvafiq olaraq texniki səhv zamanı agentlik tərəfindən əlavə məbləğin ödənilməsi riski var idi. Ancaq agentlik və şirkət arasında imtahan sisteminə zəmanət müddətinin 1 il uzadılması ilə bağlı razılaşma bağlanıb” - hesabatda qeyd olunur.

Mənbə: BPM
Print Email
FaceBook Twitter Google