İmamquliyev deyir ki, onun təqdimatında qadınlar havanın pis olmasına görə iştirak edə bilməyiblər
24 mart tarixində “Avropalı Gürcüstan” partiyası Marneuli merliyinə namizəd olaraq Əhməd İmamquliyevi təqdim edib. Marneulidə mer seçkiləri güman ki, 19 may tarixidnə baş tutacaq.

Namizədin təqdimatında İmamquliyevin 100-ə qədər dəstəkçisi və partiya liderləri iştirak edirdilər. Amma görüşdə heç bir qadın yox idi. Bizimlə söhbəti zamanı merliyə namizəd Əhməd İmamquliyev dedi ki, görüşdə qadınların iştirak etməmə səbəbi havanın
pis olmasıdır.

“Dünən biz hava proqnozuna baxdıq və təqdimatı burada deyil parkda etməli idik, amma hava yağışlı görsənirdi və buna görə bu yeri seçdik. Bu yer kiçikdir və buna bir gecədə qərar verildi ki, kimin imkanı var onlar gəlsinlər və artıq xanımları narahat etmədik” – Əhməd İmamquliyev Marneulidə qadınların görüşlərə gətirilməsinin problemli məsələ olduğunu qeyd edir, amma deyir ki, seçki qabağı kampaniya zamanı o, hər bir seçicinin yanına gedəcək və onalr arasında əlbəttə qadınlar da olacaq.

Qadınların namizəd təqdimatında iştirak etməməsi, Marneulinin siyasi “oyunlarından” uzaqlaşdığı ilk hal deyil. Marneulinin keçmiş meri Temur Abazv mer vəzifəsində olarkən əhali ilə ilk görüşünü Qaçağan kəndində keçirmişdi.

Qadınlar heç o görüşə də getməmişdilər. Abazov "Marneuli" radiosuna verdiyi müsahibəsində demişdi ki, qadınların görüşdə iştirak etməmə səbəbi həmin vaxt kişilərə nahar hazırlamalıdır və ola bilsin buna görə görüşə gələ bilməyiblər.





Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər