“Gürcü Arzusu”nun Marneuli meri vəzifəsinə namizədi Zaur Darğallı olacaq
“Gürcü Arzusu”nun Marneuli meri vəzifəsinə namizədi Zaur Darğallı olacaq. O, bu vaxtadək Kvemo Kartli qubernatorunun müavini vəzifəsində çalışırdı.

İctimai televiziyanın məlumatına görə, “Gürcü Arzusu”nun siyasi şurasının katibi İrakli Qaribaşvili mer vəzifəsinə namizədləri təqdim edib ki, bunların arasında Zaur Darğallı da var.

“Zaur Darğallı fərqli bir gəncdir. O, uzun müddətdir ki, bizim partiyanın siyasi fəaliyyətində iştirak edir. Zaur
bu günədək Kvemo Kartli qubernatorunun müavini vəzifəsində çalışırdı. Zaurun Kvemo Kartlidə uğurlu iş sahəsində böyük təcrübəsi var, o, parlaq şəxsiyyətdir, etnik azərbaycanlıdır, bizim vətənimizin layiqli övladıdır. İnanırıq ki, o, Marneuli bələdiyyəsindəki işinin öhdəsindən də müvəffəqiyyətlə gələcək”,
– Qaribaşvili qeyd edib.

Zaur Darğallı bizimlə söhbəti zamanı qeyd etdi ki, seçkiöncəsi təbliğat kampaniyası barədə “Gürcü Arzusu”nun Marneuli bürosunda məsləhətləşmələrdən sonra ətraflı məlumat verəcək, Bu mərhələdə isə öz proqramı və düşüncəsi barədə məlumat verməkdən imtina etdi.

Marneulidə mer seçkiləri 19 may 2019-cu ildə keçiriləcək.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər