Marneulinin iki kəndində yolun bərpası planlaşdırılır
15:54 / 25.03.2019
Marneuli
bələdiyyəsinin Ambarovka və İlməzli kəndlərinə gedən yolun bərpası
üçün Marneuli meriyası 857 457 lari dəyərində tender elan
edib.
Tender 21 mart tarixində elan olunub.
Təkliflərin qəbuluna isə 6 aprel tarixində başlanılacaq və qəbul 11
aprelədək davam edəcək.
Tender şərtlərinə görə, tenderdə qalib gəlmiş şirkət yolun bərpası
işlərini müqavilə bağlandıqdan 80 gün ərzində tamamlamalıdır.