Zaur Darğallı birinci turda qalib gələcəyini deyir, Əhməd İmamquliyev bu fikirlə razı deyil

“Gürcü Arzusu”nun Marneuli meri vəzifəsinə namizədi Zaur Darğallı əmindir ki, seçkiləri birinci turdaca qazanacaq.

O, bu barədə “Interpressnews” ilə söhbəti zamanı deyib. “Avropalı Gürcüstan” partiyasının mer vəzifəsinə namizədi Əhməd İmamquliyev Zaur Darğallının bu sözlərinə münasibət bildirib və deyib ki, onun uduzmaq şansı daha çoxdur, nəinki qazanmaq.

“Marneulidə 7 il ərzində “Gürcü Arzusu” bir daş qoymayıb. Mümkündür ki, Zaur
Darğallı bu seçkilərdə birinci turda məğlub olsun. Əgər Zaur bunun birinci turda bitməyini arzulayırsa, biz seçicilərin çoxluğunun səsini qazanmaq üçün əlimizdən gələni edəcəyik və cənab Zauru birinci turdaca məğlub edəcəyik”,
– Əhməd İmamquliyev deyib.

Əhməd İmamquliyev və Zaur Darğallı hələ ki, konkret seçkiöncəsi proqramları barədə danışmırlar.

Marneulidə növbədənkənar mer seçkiləri 19 may 2019-cu ildə keçiriləcək.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər