Marneulidə əsrdən çoxdur ki, suyu olmayan kənd
Xudor-Lejbəddində yaşayan Məhəmməd Səfərov amortizasiya olmuş yolda hər gün su şüşələri ilə yüklü arabanı güclə tərpədir. İçməli suyu evə aparmaq üçün kilometrlər qət etməli olur. Əgər desək ki, tezliklə Marsda gürcü üzümünü yetişdirmək üçün hazırlaşırlar və ABŞ-ın Milli Aeroneft və kosmos administrasiyasının (NASA) bəyanatına görə, Marsa ilk dəfə ola bilsin qadın ayaq basacaq yəqin ki, Yer kürəsində yaşayan
Səfərovun gülməyi gələr.

“Suyumuz yoxdur, yazıq əhali... hamı gəlir bizə deyir düzəldəcəyik, ancaq çalırlar, maaş alırlar və bizdə heç nə dəyişmir. Suyu evə gətirmək üçün (daçka ilə) bir kilometr yol qət etməli oluruq. Acırıq, susayırıq, çörək bişirmək lazımdır və xörək hazırlanmalıdır suyumuz isə yoxdur. Deyirlər düzəldəcəyik, nə bilim” – Xudor-Lejbəddin sakini Səfərov deyir.



Xudor-Lejbəddin Marneulidən təqribən 25 km-də yerləşir. Kənd əsrdən çoxdur ki, mövcuddur. Ancaq bura üçün su amortizasiya olunmuş yollar və evlərin qarşısında qanunsuz yaradılmış zibilliklər qədər problemlidir.



Kənddə suyun olmamasını bütün ailələrdə “umivaniklərin” (əl-üz yuyan) durması da təsdiqləyir.



Sakinlərin bildirdiyinə görə, su əldə etmək üçün alternativ yolları özləri axtarıb və kustar üsulla bulaq düzəldiblər.



Suyun içmək üçün nə dərəcədə faydalı olması haqqında məlumatları yoxdur. Çox hallarda çimmək üçün arx suyundan da istifadə edirlər.

“İçməli su Algetidə bulaq var və oradan götürürük. Bu da böyrəklərdə daş yaradır. Analiz etmirlər, xalq isə içir. Çimmək suyu üçün qonşulara gedirik və kimin həyətində düzəldilmiş su quyuları var oradan gətiririk. Bəzən çimmək üçün arx suyu gətiririk. O da gah gəlir gah da yox” - kənd sakini deyir.

“Uşaqları arx suyu ilə çimizdiririk, bəzən alergiya bəzən də başqa xəstəliklər əmələ gəlir. Gigiyenik normaları qorumaq üçün suyu nümunə üçün də gətirmirlər” - kənd sakini deyir.



Susuzluğa məktəb yaşlarından alışmağa başlayırlar. Gigiyena normalarını qorumaq üçün belə su yoxdur. Xutor-lejbəddin ictimai məktəbində yeni ayaqyolu tikilib, lakin əl yumaq üçün kran belə yoxdur.



Ayaq yolundan çıxan şagird əllərini evdə yumalı olur. Təmiz suyun əlçatanlığı əhalinin konstitusional hüququdur. Göründüyü kimi yerlilər bu haqda bilmirlər. İcmada problemləri həll etmək yerli özünüidarənin öhdəliyidir. Marneuli meriyasından izah edirlər ki, bələdiyyə üçün üstünlüklərindən biri içməli su ilə təmin olunmaqdır, ancaq buna baxmayaraq Xudor-Lejbəddində 2019-cu ildə bu baxımdan yaxşı heç nə planlaşdırılmır.

“Xudor-Lejbəddin kimi bələdiyyədə su sistemi olmayan kəndlər yenə də qalmaqdadır. Yerli özünüidarəetmə mərhələli olaraq işləri həyata keçirir. Yerli əhali ilə Xudor-Lejbəddində “kənd yığıncağı” çərçivəsində görüşən zaman üstünlük olaraq bayır işıqlandırması sisteminin qurulmasını hesab etdilər. Ona görə də bu il bələdiyyə müvafiq tədbirləri həyata keçirəcək” – meriyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mariam Xaçidze deyir.

Qafqaz üzrə Ətraf Mühitin Mühafizəsi qeyri-hökumət təşkilatları şəbəkəsi (CENN) ətraf mühitin mühafizəsi istiqamətində olan yerli və regional problemlərin həlli üçün fəal çalışır. Onların cəhdi ilə Marneulidə çox layihələr işlənilib. CENN-in layihələr üzrə koordinatoru Mariko Dzikoridze suyun vacib ehtiyac olması və əhalinin məlumatlandırmasının aşağı səviyyəsi haqqında danışır.

“Əhali ümuiyyətlə kimə müraciət edəcəyini və necə su içdiyini bilmir. Hesab edirlər ki, kənd proqramı çərçivəsində üstünlüklərin nə olduğunu soruşurlar, nə edə bilərik, hamı düşünür ki, bu mütləq ayinlər evi və ya infrastruktur layihələri olmalıdır. Müvafiq olaraq burada məlum olur ki, öz hüquqlarımız haqqında heç nə bilmirik” – Mariko Dzikoridze deyir.

Dzikoridzenin dediyinə görə, əsas məsuliyyətli orqan su təchizatı şirkətidir. Xudor-Lejbəddinlə bağlı öhdəliyi “Rustav Tsğali” MMC (Rustavu su) götürüb və qaydaya əsasən onlar üçün bu məsələ yeni deyil. Ancaq göründiyi kimi problemin həlli üçün strategiya işlənilməyib və vaxt qazanmaq məqsədi ilə rəsmi məktubla müraciət etməyi tələb edirlər.

Şirkət cavab verənə qədər unutmamalıyıq ki, Assosiasiya sazişi ilə götürülən öhdəlik özlüyündə əhalinin hüquqlarının qorunmasını çox istiqamətlərdə nəzərdə tutur. Onun yerinə yetirilməsi isə gec ya tez mütləq məcburi olacaq.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər