İllər keçsə də, "musiqili maşının" mahnısı dəyişməz qalır

Yəqin ki, hamınız 2016-cı ildən seçkiqabağı dövrdə gəzən musiqili maşını xatırlayırsınız. O, Marneuli və müxtəlif kəndlərdə fəal şəkildə gəzirdi. Mətn indiki “Avropalı Gürcüstan”ın Marneuli merliyinə namizədi Əhməd İmamquliyevə pərəstişkarlıqla yazılıb. “Oxuyan maşın” Marneuli merliyinin seçkiqabağı dövründə yenə gəzəcəkmi bununla bağlı Əhməd İmamquliyevə zəng vurduq. O, Qeyd etdi ki, tezliklə gəzəcək ancaq musiqi olduğu kimi qalacaq.

“Repertuarı
dəyişməyəcəyik, bu bizim 2016-cı ildən tanınmağımızın əsas səbəbidir. Əhalidə müsbət nəticə yaratdı. Bu maşın mütləq çıxacaq amma rəsmi şəkildə seçkiqabağı kampaniyaya başlayandan sonra gəzəcək”
- Əhməd İmamquliev deyir.

İmamquliyev musiqi mətninin müəllifinin kimliyini demək istəmədi və qeyd etdi ki, bu kəskin müzakirə səbəbi ola bilər çünki müəllif “Gürcü Arzusu” ilə yaxın olan adamdır.

Marneulidə növbədən kənar mer seçkiləri 19 mayda baş tutacaq. Hələ ki, bizim üçün iki merliyə namizədin kimliyi məlumdur. “Gürcü Arzusu”nun namizədi zaur Darğallı və “Avropalı Gürcüstanın” Marneulidən merliyə namizədi isə Əhməd İmamquliyevdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər