Marneulidə yeni seçkiöncəsi kampaniya mahnısı səslənəcək, ya yox?

Marneulidə mer seçkilərinə hazırlıqlar artıq başlayıb. “Avropalı Gürcüstan” və “Gürcü Arzusu” öz namizədlərini təqdim ediblər, tezliklə isə seçkiöncəsi kampaniyalara start veriləcək. Küçələrə plakatlar asacaqlar, müxtəlif kəndlərdə görüşlər keçirəcəklər və çalışacaqlar ki, daha çox seçicinin rəğbətini qazansınlar.

Marneulidə son illərdə seçkiöncəsi kampaniyalar zamanı musiqi yazılması tendensiyaya çevrilib. İlk belə hal 2016-cı ilin Parlament seçkiləri zamanı qeydə alınmışdı. Həmin
vaxt bu ilki seçkilərdə mer vəzifəsi uğrunda mübarizə aparacaq Əhməd İmamquliyev üçün mahnını Marneulidən olan repçi Afiq Novruzov (Nato) hazırlamışdı.



Nato yalnız İmamquliyev üçün mahnı hazırlamamışdı. O, 2017-ci ildə yerli özünüidarə seçkiləri zamanı Marneulinin keçmiş meri Temur Abazov üçün də mahnı hazırlamışdı.



Biz Natonun “Gürcü Arzusu”nun Marneuli meri vəzifəsinə namizədi Zaur Darğallı üçün də mahnı hazırlayıb-hazırlamayacağı ilə maraqlandıq. O, bizimlə söhbəti zamanı bildirdi ki, hələlik bu istiqamətdə işləməyə başlamayıb.

“Zaur mənim çox yaxın dostumdur və əgər lazım gələrsə onun üçün hər şey edərəm”, – Nato deyir.

Seçkiöncəsi kampaniyalar tezliklə başlayacaq və Marneulidə daha bir melodiyanın duyulması da istisna deyil.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
შინაგან საქმეთა სამინისტროს ცნობით, გარდაბანში ძმამ და მოკლა.
09:45 / 17.05.2024