Marneuli Sosial Xidmət Agentliyinin işçiləri də tətilə qoşuldular
Marneuli Sosial Xidmət Agentliyinin iki əməkdaşı da ötən gün tətilə qoşulublar. Sosial Xidmət Agentliklərinin işçiləri 25 mart tarixində Gürcüstan miqyasında tətilə başlayıblar.

Onların əsas tələbləri münasib iş şəraiti, tənzimlənən iş qrafiki və yerinə yetiriləcək işlərin sayının adekvat olmasıdır. Sosial xidmət işçiləri bildirirlər ki, çox vaxt benefisiarlarla görüşməyə öz xərcləri hesabına getməli olurlar.

Marneuli Sosial Xidmət Agentliyinin rəhbəri
Mamuka Şubitidze bizimlə söhbəti zamanı bildirdi ki, Sosial Xidmət Agentliyi normal qaydada işləyir və tətil edən işçilərin funksiyaları rəhbər və baş mütəxəssislərə həvalə olunub.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
შინაგან საქმეთა სამინისტროს ცნობით, გარდაბანში ძმამ და მოკლა.
09:45 / 17.05.2024