Algeti, Ağqula və Ulyanovkada "Kəndlərə dəstək proqramı" ilə maliyyələşən layihələrə dəyişiklik edilib

“Kəndə dəstək proqramı” çərçivəsində 3 kənddə həyata keçiriləcək layihələrin siyahısı dəyişib.

2 halda proqramla nəzərdə tutulmuş məbləğlər iki layihə olaraq bölünüb, bir halda isə layihə dəyişib.

Bizimlə söhbət zamanı Marneuli meriyasını büdcəsinin planlaşdırılması və analizi şöbəsinin rəhbəri Larisa Qelaşvili dedi ki, Ulyanovka və Algeti kəndlərində “kəndə dəstək proqramı” ilə müəyyən edilmiş layihələrə dəyişiklik daxil etməyin səbəbi ilkin layihələrin
az dəyərli olması olub.

“Bir layihə üçün nəzərdə tutulan məbləğlə iki layihə həyata keçirmək mümkün idi. Müvafiq olaraq ilk üstünlüklər olduğu kimi qaldı və ikinci layihə əlavə olundu” – Larisa Qelaşvili deyir.

Ulyanovka kəndinə “Kəndə dəstək proqramı” çərçivəsində 10 000 lari ayrılıb. Əhali kənddə sahil bəndləri işlərinin yerinə yetirilməsini tələb etdi və onun dəyəro 4000 laridir, qalan 6000 lari isə kənddə içməli suyun bərpasına sərf olunacaq.

Algeti kəndində proqram çərçivəsində 20 000 lari ayrılıb. Kənd toplantısında Algeti sakinləri daxili yollara xır tökülməsini dəstəklədilər. Bizimlə söhbət zamanı Marneuli meriyasını büdcənin planlaşdırılması və analizi şöbəsinin rəhbəri dedi ki, qeyd olunan layihəyə bayır işıqlandırılması üçün bir neçə dirəyin qurulması da əlavə olunub.

“Daxili yollara xır tökülməsi əsasən yerli büdcədən də həyata keçirilir, ona görə də yola xır tökülməsinə sərf olunan məbləğ yerli büdcədən sərf oluncaq, bayır işıaqlandırması üstünlük olaraq hesab olunacaq və ikinci layihə olaraq əlavə olunacaq” – Larisa Qelaşvili deyir.

Üçüncü dəyişikliklə Ağqula kəndinə aiddir. Qeyd olunan kənddə əhali idman zalının bərpasını tələb edib. Amma layihə üçün “kəndə dəstək proqramı” ilə müəyyən edilmiş məbləğ yetərli deyil, idman zalının bərpası içməli suyun bərpası ilə əvəz olunub.

“Kəndə dəstək proqramına” dəyişikliklərin daxil edilməsini Marneuli bələdiyyə məclisi 26 martda bələdiyyə məclisinin növbədən kənar iclasında dəstəkləyib.


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər