Marneulinin növbəti meri bu vəzifəni 2 il 5 ay müddətinə icra edəcək

Marneulidə mer seçkilərinə iki aydan az bir vaxt qalıb. Marneuli meri vəzifəsinə hələlik iki namizəd var.

Onlardan biri “Gürcü Arzusu”nun namizədi Zaur Darğallı, digəri isə “Avropalı Gürcüstan”ın namizədi Əhməd İmamquliyevdir.

Növbədənkənar seçkilər 19 may tarixində keçiriləcək. Bu isə o deməkdir ki, seçilmiş mer öz səlahiyyətlərini qanunvericilikdə nəzərdə tutulduğu kimi 4 il deyil, növbəti yerli özünüidarə seçkilərinə qədər icra
edəcək.

Gürcüstanda növbəti yerli özünüidarə seçkiləri isə 2021-ci ildə, güman ki, oktyabr ayında keçiriləcək. Məhz buradan irəli gələrək, Marneulinin yeni seçiləcək meri vəzifələrini 2 il 5 ay müddətində icra edəcək.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər